İş adamının ölkədən çıxışına “stop“ qoyuldu
Belə absurd sübut olar? - İlqar Mustafayevin məhkəməsi...
Moldovada parlament seçkilərinin nəticələri açıqlanıb
“Kəpəz”in susqunluğu... - Adnan icazə vermir? - Jurnalist
Putin əsgər toplayır: 135 min nəfər hərbiyə çağırılacaq
“Bakılı oğlanlar“ın üçü də ürəkdən ölüb...
Cabir İmanov məşq prosesində vəfat etməyib - Məşq yoldaşı
Sanksiyalar İranın “nəfəsliklərini“ tutacaq - Politoloq
Parisdə Natavan poeziya məclisi keçirilib - Foto
Cabir İmanov idman zalında vəfat etdi


01.09.2025  15:50 

“Neftçi”dən inciməmişəm” - Qurban Qurbanov





A+  A-

“Samir Abasov məni zənglə təbrik etmişdi”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün Premyer Liqanın 3-cü turunda “Karvan-Yevlax”la qalib gəldikləri oyundan (2:0) sonra deyib.

Təcrübəli mütəxəssis “Neftçi”nin sizi təbrik etməməsindən incimisiniz?” sualına cavab verib: “Samir Abasov həmişə məni təbrik edir. Hətta keçən il bütün oyunları izləyib, zəng etmişdi, təbriklərini çatdırmışdı. Bu məsələyə ciddi yanaşmıram. Mən belə bir hala görə “Neftçi”dən incimərəm. Hər bir klubun idarəsi fərqlidir. “Neftçi” bizim hamımızın “Neftçi”sidir. Buna görə də rəsmi təbrik olmamasını ciddiyə almıram”.

Qeyd edək ki, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Ferenstvaroş”u mübarizədən kənarlaşdırıb əsas mərhələyə yüksəlməsindən sonra Azərbaycan Premyer Liqa klublarının hamısı Ağdam təmsilçisinə rəsmi təbrik ünvanlasalar da, “Neftçi” bunu etməmişdi. Bu da sosial şəbəkələrdə müzakirəyə çevrilmişdi.




Xəbər 1757 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +