Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


02.09.2022  15:26 

İcra başçısı oğlunun 2 milyonluq maşınlarından danışdı: “Özündən soruşun, görün o bu maşınları necə alıb?”





A+  A-

“Gəncə şəhər icra başçısı Niyazi Bayramovun oğlu Bəhram Bayramovun sənədlərlə, sübutlarla 2 milyon manatlıq maşın kolleksiyasını tapıb ortaya çıxartmışıq. Bu məsələ ilə bağlı jurnalistlər Gəncə Şəhər İcra Hakimiyyətinə sorğu göndəriblər, ki bu haqda sizin mövqeyiniz nədir? Bu maşınları oğlunuz hansı pullarla əldə edib?”

XəzərNews.az xəbər verir ki, bu açıqlama ilə blogger Mehman Hüseynov çıxış edib.

O, bildirib ki, suallara cavab olaraq Niyazi Bayramov deyib ki, sözügüdən videoreportajda qarşı tərəf olaraq o deyil:

“Nə olsun ki, mənim oğlumdu. Orada söhbət Azərbaycan Respublikasının vətəndaşı haqqında gedir. Siz videoda adıçəkilən vətəndaş Bəhram Bayramovun özü ilə əlaqə saxlasanız, daha doğru olar. Şəxs icra başçısının oğlu olsa belə, yetkinlik yaşına çatmış Azərbaycan vətəndaşıdır. Şəxsi həyatı, fəaliyyəti, işi olan bir insandır. Özündən soruşun görün o bu maşınları necə alıb?”.

Mehman Hüseynov paylaşımında qeyd edib ki, korrupsiya cinayəti belə bir şeydir: “Ata öz cinayətlərini ört-bastır etmək üçün, öz həyatını xilas etmək üçün bütün məsuliyyəti oğlunun üstünə atır. Deyir gedin onu sorğu-sual edin, maşınlar mənim adıma deyil ki?!

Həmin videoda da demişdim axı, Niyazi Bayramovun cəsarəti çatmaz çıxıb bir açıqlama versin ki, görən, bu maşınları almaq üçün o bu milyonları necə qazanıb?

Hələ yaxşıdır ki, Gəncənin şahı “mən belə oğuldan imtina edirəm” deməyib”.

Xatırladaq ki, icra başçısının oğlu bahalı maşınlar kolleksiyası ilə gündəmə gəlib.

Xəbər 1596 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +