Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı


26.05.2021  13:34 

Bu gündən ali məktəblərə sənəd qəbulu başlayıb





A+  A-

Bu gündən Azərbaycanda ali və orta ixtisas məktəblərinə sənəd qəbulu başlayır. Mayın 26-dan iyunun 8-dək internet vasitəsilə sənəd qəbulu aparılacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O qeyd edib ki, Prezidentin 2017-ci il 17 fevral tarixli fərmanı əsasında hər bir Azərbaycan vətəndaşının büdcə hesabına bir imtahanda iştirak etmək hüququ var. İkinci imtahan isə hər kəsin öz hesabına aparılırdı. Bu il isə sosial həssas təbəqə ilə bağlı bəzi dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən ilk dəfə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı müraciət edən şəxslərlə yanaşı, yalnız ümumi təhsil müəssisələrini bitirən və bu 5 kateqoriyadan olan Azərbaycan vətəndaşlarının qəbul imtahanlarında iştirakı da dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcək:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

M. Abbaszadə bildirib ki, qeyd olunan 5 kateqoriyaya aid abituriyentlər bu imtiyazdan istifadə etmək üçün “Abituriyentin elektron ərizəsi” formasını doldurmamışdan əvvəl DİM tərəfindən yaradılmış “Müvafiq sərəncamla müsabiqədə iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilən abituriyentlərin qeydiyyatı sistemi” vasitəsilə qeydiyyatdan keçməlidirlər.



Xəbər 2096 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +