Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


10.12.2020  12:32 

Bakıda xəstələr və həkimlər qidadan zəhərləndi





A+  A-

Dekabrın 9-da Bakı şəhərində bir neçə tibb müəssisəsində xəstələr və həkimlər arasında qidadan zəhərlənmə halı qeydə alınıb.
TƏBİB-dən XəzərNews.az-a verilən məlumata görə, zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, zəhərlənmə diaqnozu müəyyən edilmiş şəxslər xüsusi nəzarətə götürülüb.

Zərərçəkənlər zəruri tibbi müayinələrdən keçirilib və onlara müvafiq tibbi yardım göstərilib. Təcili və təxirəsalınmaz tədbirlər nəticəsində xəstələrin vəziyyəti stabilləşib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri zərərçəkənlərə baş çəkib, onların vəziyyətləri ilə maraqlanıb.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) məlumat verilib. Hazırda AQTA və müvafiq strukturlar tərəfindən baş vermiş hadisənin səbəbləri araşdırılır.

Araşdırma müvafiq qurumlar tərəfindən ciddi nəzarətə götürülüb.



Xəbər 2652 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +