Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


14.09.2020  16:39 

DYP müraciət yaydı





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsindən XəzərNews.az-a daxil olan müraciəti təqdim edirik:

Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də orta təhsil müəssisələrinin yerləşdiyi küçə və yollarda, xüsusilə də paytaxt ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağı ehtimal olunur. Bunu nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarından xahiş edir ki, şagirdləri məktəbə aparan valideynlər küçə və yollarda təhlükəsiz hərəkət qaydalarına, övladlarını məktəbə avtomobillərlə aparan sürücülər həmin ərazidəki dayanma, durma və parklanma qaydalarına, ictimai nəqliyyat vasitələrindən istifadə edən valideynlər isə tövsiyə olunan sosial məsafəni saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə qaydalarına ciddi riayət etsinlər.

Ümid edirik ki, azyaşlıların təhlükəsizliklərinin təmin olunması, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün hər bir hərəkət iştirakçısı müraciətimizə düşünülmüş şəkildə yanaşacaq və üzərinə düşən vəzifəni yerinə yetirməklə ilk dərs günündə azyaşlı məktəblilərə yollarda çətinlik yaşatmayacaq, eləcə də polisin gördüyü tədbirlərə yardımçı olmaqla koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınmasında vətəndaşlıq mövqeyini nümayiş etdirəcək”.

Xəbər 2489 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +