Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


25.12.2019  14:38 

Keçmiş məhkum yoldaşını güllələyərək öldürdü





A+  A-

Daşkəsən rayonu ərazisində qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, dekabrın 21-də Daşkəsən rayonunun Bayan kəndi ərazisində Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Qurban Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Məhkəmə-tibbi ekspertin verdiyi ilkin rəyə əsasən, Q.Abdullayevin baş nahiyəsindən aldığı güllə yarasından ölməsi müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mehdiyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xəbər 1591 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +