Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


25.06.2019  17:11 

Dövlət Yol Polisi müraciət yayıb





A+  A-

Baş Dövlət Yol Polisi İdarəsi biçin mövsümü ilə bağlı kənd təsərrüfatı texnikalarının sürücülərinə müraciət edib.
İdarədən XəzərNews.az-a verilən məlumata görə, yay mövsümünün başlanması ilə əlaqədar olaraq respublikanın əksər bölgələrində kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, habelə bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişi artıb.

Bu işlərin görülməsi zamanı baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün yol hərəkəti qaydalarına ciddi əməl etməli, sürücülərin magistral yollarda nəqliyyatı idarəetmə vərdişləri, texnikanın saz vəziyyətdə olması daim diqqət mərkəzində saxlanılmalıdır. Təəssüf ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların və s., habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir ki, bu da yollarda görünüş dairəsinin məhdudlaşmasına və nəticədə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır. Bu kimi halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika daim saz vəziyyətdə saxlanılmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilmiş hərəkət marşrutlarından kənara çıxmamalı və sürət rejiminə əməl olunmalıdır.

Kənd təsərrüfatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa DYP bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır. Daşımalar zamanı təhlükəsizlik qaydalarına əməl edən sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını yol qəzalarının acı nəticələrindən qorumuş olur.

Xəbər 1393 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +