Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı


28.06.2018  09:27 

Bakıda 14 yaşlı qızı ərə verirlər - VİDEO





A+  A-

Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib.
XəzərNews.az Xezerxeber.az-a istinadən bildirir ki, belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir.

Mirtəmən Sadıqovun sözlərinə görə, ikinci həyat yoldaşı Əminə Məmmədova ilə 14 il əvvəl ailə həyatı qurub. Bir il əvvəl isə onlar boşanıblar. Bundan əvvəl başqa bir xanımla ailə həyatı quran Mirtəmən Sadıqovun hər iki qadından ümumilikdə 1-i oğlan, 9-u qız olmaqla 10 övladı var. Ata 14 yaşlı qızı Leylanın erkən yaşda ailə qurmasının qarşısını almağa çalışır. O deyir ki, qızını 22 yaşlı qohumlarına ərə verirlər.

Maraqlı məqam ondan ibarətdir ki, atanın iddiasına görə, qızı həmin oğlandan 2 aylıq hamilədir.

Mirtəmən Sadıqov dünən Xəzər rayon Polis İdarəsinə də müraciət edib. Polis idarəsində həm ananın, həm də atanın izahatları alınıb. Məsələ ilə bağlı qarşı tərəf isə mövqe bildirməkdən imtina edib.

Hüququşunas Kamandar Hüseynov deyir ki, qanunvericiliyə əsasən ölkədə nikaha girmə yaşı 18 olaraq göstərilib. Bununla yanaşı, qanunda nikaha girmə yaşı müəyyən hallar nəzərə alınmaqla 1 yaş azaldıla da bilər. Cinayət Məcəlləsində isə göstərilir ki, nikah yaşına çatmayan bir şəxsin nikaha cəlb edilməsi birbaşa cinayət məsuliyyəti yaradır.

Xəzər rayon Polis İdarəsindən isə verilən məlumata görə, artıq 14 yaşlı qızla evlənəcək şəxs saxlanılaraq istintaqa cəlb edilib.


Xəbər 1436 dəfə oxunub.





02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +