Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü
Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto


19.12.2017  17:05 

Diaspor rəhbərindən merə məktub: “Abidə Ukrayna-Azərbaycan münasibətlərinə zərər vura bilər”





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri (UABD) Hikmət Cavadov Ukraynanın Xerson şəhərinin merinə məktub ünvanlayıb.
UABD-dən XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, diaspor rəhbəri merə bu günlərdə Xerson vilayətində “erməni soyqırımı”nı anmaq üçün qoyulan abidənin Ukrayna-Azərbaycan, Ukrayna-Türkiyə münasibətlərinə zərər vura biləcəyini xatırladıb.

Ukraynanın separatizmdən əziyyət çəkdiyi bir zamanda belə bir addımın başadüşülən olmadığını qeyd edən H.Cavadov Ermənistanın separatizmi dəstəkləyən dövlət olduğunu, tarixdə “erməni soyqırımı” kimi hər hansı bir hadisənin baş vermədiyini bildirib: “Bu addımlar şəhərdə etnik münaqişələrin baş verməsinə gətirib çıxara bilər”.

Xatırladaq ki, Ukraynanın Xerson şəhərində qondarma "erməni soyqırımı" abidə qoyulması eyni adlı vilayətdə yaşayan azərbaycanlıların və digər türkdilli xalqların etirazına səbəb olub.

Xerson vilayəti Azərbaycanlılar Konqresinin sədri Əli Kərimov bununla bağlı vilayətdə yaşayan azərbaycanlılar adından şəhər merinə və vilayət qubernatoruna etiraz məktubu ünvanlayıb.

Ə.Kərimov APA-ya bildirib ki, məktubda belə bir abidənin qoyulması ilə Ukrayna qanunvericiliyinin pozulduğunu xatırladılıb, bunun aradan qaldırılmasını tələb edib: “Ukrayna heç bir rəsmi səviyyədə bu qondarma "soyqırımı"nı müzakirə etməyib, nəinki tanıyıb. Belə olan halda şəhər rəhbərliyi tərəfindən bu abidənin qoyulmasına icazə verilməsinin özü qanun pozuntusudur. Biz şəhər və vilayət rəhbərliyindən bunun aradan qaldırılmasını tələb edirik. Bu, vilayətdə etnik münasibətlərin gərginləşməsinə də səbəb olur”.

Qeyd edək ki, abidənin açılışında Ukraynanın Nikolayev şəhərində fəaliyyət göstərən erməni icmasının rəhbəri Alla Polişuk iştirak edib, bununla bağlı bəyanat da yayıb.

Buna qədər Ukraynanın bir neçə şəhərində də qondarma "soyqırımı"na abidələr qoyulub.


Xəbər 1830 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +