Kiyevdə Yanukoviç dövrünün siyasətçisi saxlanılıb
Şəhid olan üç hərbçinin dəfn mərasimi keçirildi
Raket düşən səfirliyimiz - Video
Azərbaycan Rusiyaya nota verdi
Masazırda qanunsuz tikililər söküldü
Bu komissiyanın tərkibi genişləndirildi - FƏRMAN
Türkiyədə əməliyyat – Azərbaycan polisi...
Doğum azalır: 10,1-dən 9,4-ə düşüb
9 ayda 15480 boşanma qeydə alınıb
Bəzi destruktiv dairələr hər vəchlə... - DTX rəisi


14.11.2025  11:32 

Paşinyan “Tramp koridoru”nu təxirə salır... - İlk addım atıldı





A+  A-

Ermənistanda son dövrlərdə çox təsirli və dinamik proseslər baş verir. Bütün bunlar Nikol Paşinyanın 8 avqustdan bir qədər əvvəl başladığı proseslərin məntiqi nəticəsidir və bu nəticələr özünü açıq şəkildə göstərməli idi:

1. “Tramp koridoru”nun təxirə salınması mərhələsinin elan olunması.

2. Gürcüstan coğrafiyasının Ermənistanın avrointeqrasiyası üçün həlledici əhəmiyyətə malik olması.

3. Aİ-nin viza rejiminin liberallaşması üzrə hərəkət planını Ermənistana təqdim etməsi.

4. Ermənistanın silaha sahib olması və N.Paşinyanın bunu nümayişkaranə şəkildə elan etməsi. Ola bilsin ki, silah mövzusunu bu qədər ucadan səsləndirməsi ilə A.Mirzoyanın bu gün Gürcüstana səfəri bir-biri ilə bağlıdır.

5. İranın Paşinyana münasibətində getdikcə artan neqativ tendensiya.

Bu proseslərin hamısı regionu ciddi xaosa aparır. Əslində bu xaos əvvəlcədən N. Paşinyan və İran tərəfindən regiondakı vəziyyətdən çıxmaq üçün hazırlanmış birgə ssenari idi. Lakin hazırda İranın mövqeyinin dəyişdiyi görünür.

Paşinyan 2020-ci il 10 noyabr bəyanatına və Ş.Mişelin təşəbbüslərinə əvvəlcə razılaşmış, daha sonra onları sıradan çıxarmışdı. O, “Tramp koridoru”nu da eyni ssenari ilə reallaşdıra biləcəyinə kifayət qədər arxayın idi. Onun iddiasına görə, koridorla bağlı müzakirə mərhələsi artıq tamamlanıb, bütün razılaşmalar əldə olunub, sadəcə yerüstü layihə cizgiləri çəkilməli və tikinti işlərinə start verilməlidir.

Lakin N.Paşinyan “Tramp koridoru”nun keçmiş sovet dövründəki kimi İran-Ermənistan sərhədi boyunca çəkilməsinə mane ola bilmədi. Bu məsələ İran üçün prinsipial idi. Tehran düşünür ki, qatarlar sərhədə yaxın keçərsə, ABŞ həmin ərazidə casusluq fəaliyyəti apara bilər. Bu, İranın yanlış təhlilindən irəli gəlir. ABŞ-ın sərhədyanı dəmir yolu xəttinə casusluq üçün ehtiyacı yoxdur. ABŞ-ın Ermənistan-İran sərhədində iki böyük potensial casusluq obyekti var: Bərgüşad (Vorotan) SES Kaskadı və Amulsar yatağı artıq onun nəzarətindədir. Görünür, İran öz arqumentasiyasının sərtliyini artırmağa çalışır.

Paşinyan avtomobil yolunun, neft və qaz kəmərlərinin, elektrik və internet xətlərinin isə təxminən 3-5 km daxildən keçəcəyini bildirdi. Bu variant həm Ermənistan, həm də Gürcüstan kontekstində maraq doğurur. Son dövrlərdə Ermənistanla Gürcüstan arasında Azərbaycandan gələn kommunikasiyaların bölgüsü ilə bağlı proseslər aparılıbmış: Azərbaycandan Türkiyəyə gedən xəttin bir hissəsi Ermənistandan, digər hissəsi isə Gürcüstandan keçməli imiş. Paşinyan isə artıq bütün kommunikasiyaların yalnız Ermənistan ərazisindən keçəcəyini açıqlayıb. Belə görünür, Gürcüstanı da aldadıb. Silah məsələsindəki manipulyasiya Gürcüstanla münasibətlərdə əlavə gərginlik yarada bilər.

Paşinyan “Tramp koridoru”nun razılaşdırılmış hissəsinin torpaq üzərində fiksasiyası üçün təxminən 7-8 ay vaxt ayırır, işlər 2026-cı ilin birinci yarısına qədər tamamlanmalıdır. Dəmir yolu tikintisi isə 2026-cı ilin ikinci yarısında başlanacaq. Ermənistanda seçkilərin də məhz həmin tarixlərə salınması təsadüfi deyil:

1. Bu yolla N.Paşinyan seçkilərin vaxtına və prosesinə ciddi təsir göstərə bilər. Ölkədə hərbi vəziyyət elan ediləcəyi təqdirdə seçkilər təxirə düşəcək. Hazırda apardığı həbslər ölkəni vətəndaş qarşıdurmasına aparır.

2. Paşinyan Azərbaycan və Türkiyəyə öz gücünü nümayiş etdirməyə çalışır. O, əvvəllər Azərbaycan və Gürcüstandan uzaqlaşmaq üçün Türkiyəyə yönəlirdi. İndi isə Türkiyənin mövqeyi əsaslı şəkildə dəyişib. Türkiyə bütün addımlarını Azərbaycanla uzlaşdırır və sürətlə güclənir. Bu halda Türkiyənin yeni siyasi variantlar ortaya qoyması mümkün görünür.

Paşinyanın regionda xaos yaratmaq cəhdlərində və yeni bölgüçülük siyasətində təəssüf ki, Avropa rəsmilərinin də rolu mövcuddur.

Ermənistanın Rusiyanın təsirindən çıxmaq imkanı yoxdur. Belə bir perspektiv tarixən mövcud olmayıb və yaxın yüz ildə də real görünmür. Ermənistan yalnız Rusiyanın qarşısına yeni arqumentlər qoymağı bacara bilər. Təəssüf ki, Böyük Britaniya və Avropa ölkələri də bu prosesdə iştirak edir. Rusiyaya qarşı hansı arqumentlərin və inteqrasiya dərəcəsinin istifadə olunacağını isə yalnız N.Paşinyanın özü bilir.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri,
politoloq



Xəbər 813 dəfə oxunub.



14.11.2025  17:27 

Raket düşən səfirliyimiz - Video

14.11.2025  15:59 

Azərbaycan Rusiyaya nota verdi

14.11.2025  15:21 

“Aztelekom”da nə baş verir?

14.11.2025  12:54 

“Səs” qəzeti niyə bağlanır?

14.11.2025  12:05 

75 yaşlı kişini əsir etmisiz

14.11.2025  11:58 

Sabirabadda qətl: Güllələdi...


BÜTÜN XƏBƏRLƏR +