“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


05.09.2023  09:44 

13, 15 və 16 yaşlı üç qızın intiharı: O binada nə baş verir?





A+  A-

Bakı şəhəri yaxınlığındakı Xırdalan qəsəbəsinin ərazisində dalbadal, 3 yeniyetmə intiharı güclü ictimai narahatlıq yaradıb. Xüsusilə də o 16, 15 və 13 yaşlı yeniyetmələrin deyildiyinə görə eyni binanın hündür mərtəbələrindən atılması, eyni hazırlıq müəlliminin yanına getməsi və hər 3-ü qız olması insanlarda böyük şübhələr doğurub.

XəzərNews.az xəbər verir ki, bu haqda kriminalist ekspert İlqar Altay deyib. Onun fikrincə, həm kriminal, həm də ictimai cəhətdən yanaşmada ağır və faciəvi hadisədir bunlar:

“Və qanunla bu işi prokurorluq araşdırmalı və polis də əməliyyat tədbirləri aparmalıdır. İlk növbədə məsələnin ağır tərəfləri: maniakal pedofiliya, ya, digər motivlə qəsdən adamöldürmə, sonra özünü öldürməyə vadar etmə variantları səhih yoxlanılıb araşdırılmalıdır. Bu halların, əməllərin olması halında cinayət işi və təqibi başlanmalı, cinayətkarlar tapılıb ən sərt cəzalarını almalıdır.

Əgər tam yəqin edilərsə sadəcə intihar aktıdır, qeyri-kriminal məişət, sosial, fərdi və s. səbəbi araşdırılmalıdır ki, qarşısı alınıb təkrarlanmasın. Bu halda səbəb nə ola bilər? Fikirlərim belədir.

Ümumiyyətlə əksər ölkələrdə son dövrlər uşaq, yeniyetmə (13-21 yaş) intihar-ölümü çox artıb. Və 2-ci yerdədir, bədbəxt hadisə, avtoqəza və s. müxtəlif ölümlərin cəmindən sonra...

İntiharları motivinə görə ümumiyyətlə 3 tipə bölmək olur.

1. Təbii intihar-emosional gərginliyin yaratdığı depressiya, ya əhvalın sıxıntısının, çətinliklərin yaratdığı, öz həyatından, yaşamaqdan bezmə.

2. Nümayişkəranə intihar-ölmək həvəsi deyil, daha çox, öz problemlərinə diqqət cəlb etmə, haqsızlığa qarşı etiraz, köməyə çağırış motivli.

3. Qeyri-təbii, yanakı intihar-ekstremal və riskli hərəkətlərlə özünü fərqli, üstün göstərmə kimi davranışla, (məsələn maşınla fokuslar çıxarma) bilərək də ki, bu onun həyatına son qoya bilər.

Bizim bu konkret 3 yeniyetmə hadisəsində isə (əgər kriminal yoxdursa!) düşünürəm ki, Verter Effekti adlanan, biri o birinə baxıb, təkrarlayan intihar yayımı silsiləsi ola bilər. Təcrübədə belə hallar çox olur, çox rast gəlmişik. Eyni məhəllə, mühitdə yaşayıb, eyni tərzdə həyat sürən və ya təhsil alan yeniyetmələrin silsiləvi intiharına. Və bu halda, testlərə hazırlıq, yüksək gərginliyinin zərif yeniyetmələrə depressiv təsiri də ola bilər. Üstəlik, kəsilmə qorxu, həyəcanı, "biabırçılığı!".

Ümumiyyətlə, bizim Azərbaycanda yarış, bəhsə girmə, xüsusən də ki, ali məktəblərə daxil olma ərəfəsi xeyli üzücü, emosional gərginlik yaradır ailələrdə, uşaqlarda. Birinin uşağı qəbul olmur, kəsilirsə o evdə elə bil faciə, matəm olur. Çünki qohum-qonşu sanki valideyni hədəfə götürüb, dəstək əvəzinə, mənəvi sıxır, depressiyaya salır, valideyn də uşağını sıxır, lap depressiyaya salır!

Digər tərəfdən, hazırlıq müəllimləri də həddən çox yükləyirlər uşağı, düşünmədən ki, bu cəmi 16 yaşlı kövrək uşaqdır, yükə davam gətirməz! Niyə yükləyir, öz prestiji və testlərin çətinliyinə görə. İmtahan testləri də nədənsə hər ili-ildən lazımsız, bəzən mənasız suallarla çətinləşdirilir.

Və bütün bu, cəmiyyət, valideyn, müəllim və testin yükü, 16-17 yaşlı kövrək uşağın belinə yüklənir, həm fiziki, həm psixoloji.

Almaniyada, Avropada isə yalnız, 19-20 yaşlı yetişmiş yekə oğlanlar, qızlar ali təhsilə başlayırlar. Təhsil ilə paralel, övladın sağlıqla da təmini lazımdır axı.

Ali təhsil testi ərəfəsi yeniyetmə intiharı sayını hesablasaq, bu analizim yəqin təsdiqini tapar.

Yenə qayıdıram bu fikrə ki, məsələnin ilk əvvəl kriminal tərəfləri ciddi obyektiv araşdırılmalıdır. Özüm də ixtisaslı kimi məsələnin cinayət tərəfi təhqiqinin gedişatını çalışıb müşahidə edəcəyəm”.

Xəbər 1109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +