“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


14.11.2019  19:41 

“Mən həbs edilməmişəm” - Elçin Əkbərov





A+  A-

"Mənim mühacir alveri ilə hər hansı bir işim yoxdur və həbs edilməmişəm"
XəzərNews.az xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında barəsində həbs xəbəri yayılan Elçin Əkbərov deyib.

"Həbs olunanlardan heç birini tanımıram. Hazırda işimin başında, ailəmin yanındayam. Yayılan bu xəbərlərdən sonra bütün yaxınlarım narahat olub. Məni necə həbs ediblər ki, xəbərim yoxdur. Mənim nə mühacirlərlə əlaqəm var, nə də başqa bir münasibətim", - deyə Elçin Əkbərov bildirib.

Elçin Əkbərov qardaşı Elnur Əkbərovun barəsində səsləndirdiyi iddialara da cavab verib. O, bütün iddiaları təkzib edib:

"Təəssüflər olsun ki, qardaşım öz nəfsinin qurbanıdır. Sizə verdiyi açıqlamada paxıllıq və nəfskarlığın müasir formasını canlandırmağa çalışıb. Bunu yeniyetmə insanlar belə oxusa, anlaya bilər. O necə iddiadır ki, mən TIR-la Azərbaycana maşın üçün ehtiyat hissələri gətirirəm. Deyək ki, bu mümkün oldu gətirdim. Gülməli deyilmi? Həmir TIR-lara da adamları doldurub gizli şəkildə geri aparıram? O, bunu hansı ağıla qulluq edərək deyir? Azərbaycan çox güclü sərhəd qoruma sisteminə malikdir. Sərhəd və gömrük orqanları belə yüksək cinayətə nə göz yumar, nə də yol verər. Qardaşımın mülk ilə bağlı mənə qarşı iddiasına isə məhkəmə orqanları doğru qərarı verərək onun əsassız iddialarını rədd edib və xeyrimə qərar verib.

Qeyd edək ki, Elnur Əkbərov açıqlamasında qardaşının müsavatçılarla birgə mühacir biznesi ilə məşğul olduğunu deyib. Bundan başqa Elnur Əkbərovun qardaşının ona 600 min manat pul "atdığını" bildirib.

Onu da əlavə edək ki, Elçin Əkbərov vaxtı ilə Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyib və Mədət Quliyevin əmri ilə işdən çıxarılıb. Onun Almaniyada həbs olunma xəbərini isə Berlində yaşayan siyasi fəal Həbib Müntəzir yayıb.

Xəbər 1420 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +