İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar
Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək


29.11.2023  08:48 

Kadırovun oğluna yeni vəzifə verilib





A+  A-

Rusiyanın Çeçenistan Respublikasının hazırkı başçısı Ramzan Kadırovun 16 yaşlı oğlu Adam Kadırova daha bir vəzifə verilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı Adam Delimxanov özünün teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Adam Kadırov Şeyx Mənsur batalyonunun kuratoru olub.

Bu batalyon Rusiya Müdafiə Nazirliyinin tərkibindədir. Parlamentari eyni zamanda vurğulayıb ki, 16 yaşlı Adam Kadırovun kurator vəzifəsinə təyin olunması onun əldə etdiyi nailiyyətlərin və xidmətlərinin nəticəsidir.

Noyabrın 28-də Çeçenistan rəhbərinin oğlu rəsmən batalyonun şəxsi heyətinə təqdim olunub. Tədbir zamanı Adam Kadırov Şeyx Mənsur batalyonunun 2 nömrəli ulduzunu da qəbul edib.

Bundan əvvəl Adam Kadırov Çeçenistan başçısının təhlükəsizlik departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu./report

Xəbər 395 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +