“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


03.08.2018  17:12 

Tramp yenə mətbuatın gülüş hədəfi olub





A+  A-

ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatına çıxışı zamanı yenə mətbuatın gülüş hədəfi olub.
XəzərNews.az Newsweek nəşrinə istinadən xəbər verir ki, Tramp öz yaxın müttəfiqi Böyük Britaniyanı gah İngiltərə gah da Britaniya adlandırıb.

Öz tərəfdarları qarşısında çıxış edən ölkə prezidenti qarşıdan gələn seçkilərlə əlaqədar partiya namizədi Lu Barlettunu təqdim etməli idi. Bunun əvəzinə o namizədin üzərindən yalnız qısa bir keçid edib.

Qalan bütün danışığında o öz seçki kompaniyası və digər məsələlər barədə danışıb.

Çıxışı zamanı o yenə (Bundan əvvəl Birləşmiş Krallıqda) İngiltərə, Böyük Britaniya və Birləşmiş Krallıq anlayışlarını qarışdırıb.

“Mən böyük Birləşmiş Krallığa çox hörmət edirəm. Böyük hörmətim var. İnsanlar onu Britaniya adlandırılar. Onlar onu Böyük Britaniya adlandırırlar. Əvvəl isə onu İngiltərə adlandırıblar” – Tramp bildirib.

Bununla ABŞ prezidenti yenə də ən yaxın müttəfiqi haqda fundamental anlayışları qarışıq salıb.

Bundan əvvəl də o Böyük Britaniyaya səfəri zamanı Daily Mail nəşrinə müsahibəsində bu cür davranıb.

“Siz fövqəladə işlər edirsiz. Siz bilirsiniz sizin fərqli adlarınız var. Siz İngiltərə, Böyük Britaniya və Birləşmiş Krallıq deyə bilərsiniz. Bilirsiniz bu çoxdur. Sizin çox fərqli adlarınız var” – Tramp bildirib.

Jurnalistin onun səhvini tutmasına isə o belə cavablandırıb.

“Düzdür siz bilirsiniz ki mən bilirəm. Amma digərləri bilmir” – ABŞ prezidenti qeyd edib.

Qeyd edək ki, İngiltərə Birləşmiş Krallığı təşkil edən dörd ölkədən biridir. Buraya İngiltərədən başqa Şotlandiya, Uels və Şimali İrlandiya daxildir. Böyük Britaniya isə başqa bir təşkilatdır. Buraya isə yalnız İngiltərə, Uels və Şotlandiya daxildir.

Xəbər 1423 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +