“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı
Prezident Bakıda keçirilən forumunun iştirakçılarına müraciət ünvanlayıb
Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar


13.01.2024  10:51 

Trabzona 1 milyon 319 min 299 turist səyahət edib





A+  A-

2023-cü ildə Trabzona səfər edən yerli və xarici turistlərin sayı əvvəlki ilə nisbətdə 38% artaraq 1 milyon 319 min 299-a çatıb.

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, ötən il şəhərdə 706 min 532 xarici, 612 min 767 yerli turist qalıb. Trabzonda 466 min 644 əcnəbi və 489 min 454 yerli turistin qaldığı 2022-ci illə müqayisədə xarici turist yerləşdirmə yerlərinin sayı 51%, yerli turistlərin sayı isə 25% artıb.

Trabzonu ən çox ziyarət edən Səudiyyə Ərəbistandan 286 min 465 nəfər olub. Ziyarətçi sıralamasında 60 min 375 ziyarətçi ilə Oman ikinci, 42 min 548 ilə Birləşmiş Ərəb Əmirlikləri üçüncü, Küveyt 42 min 425 ilə dördüncü, İordaniya isə 36 min 637 ziyarətçi ilə beşinci yerdə qərarlaşıb.



Sümela monastırına 451 min 453 adam maraq göstərib

Ötən il Sümela Monastırını 451 min 453 turist ziyarət edib. Öncəki ilin eyni dövrü ilə müqayisədə monastırı ziyarət edənlərin sayında 33% artım qeyd edilib.

Şəhərdə 2022-ci ildə 228 olan yerləşdirmə obyektlərinin sayı keçən il 7% artıb və yekun olaraq 244-ə, 16 min 965 çarpayı sayı isə 4% artaraq 17 min 642-yə çatıb.

Beynəlxalq uçuşlarda 21% artım

Ötən il Trabzona 66 ölkədən 3 min 856 uçuş həyata keçirilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə şəhərə uçuşların sayında 21% artım qeyd olunub. Ötən illərlə müqayisədə Trabzon Hava Limanı xarici terminalında sərnişin sayı 20% artaraq 460 min 622-yə çatıb.

Səyahət agentliklərinin sayının 296-ya yüksəldiyi şəhərdə 3 min 996 nəfər tutumlu 12 lisenziyalı restoran xidmət göstərir.



Xəbər 4073 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +