“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


29.03.2019  23:48 

Bu ərzaqlar sümükləri möhkəmləndirir





A+  A-

Uzun zaman belə düşünülürdü ki, sümükləri qüvvətləndirən əsas maddə kalsiumdur. Ona görə də uşaq vaxtı dişlərin və sümüklərin möhkəm olması üçün təbaşir yeməyi tövsiyyə edirdilər. Amma məlum olub ki, tək bir kalsium maddəsi kifayət etmir.
XəzərNews.az Medicina.az-a istinadən xəbər verir ki, sümüklərin və dişlərin möhkəmləndirilməsi üçün bu elementdən başqa fosfor, maqnezium, sink, mis, vitaminlər və minerallar da vacibdir.

Sümükləri möhkəmləndirmək üçün lazım olan ərzaqları təqdim edirik:

1. Tərəvəzlər (zülal mənbəyi, dəmir və kalsium, K və C vitaminləri)


Kalsium, maqnezium, kalium, dəmir və digər minerallar təbii bitki tərkibli qidalarda bol miqdarda olur. Əsasən də yaşıl rəngli tərəvəzlərin möhkəmləndirdiyi məlumdur. Yalnız ispanaq və turşəng göyərtiləri tərkibində olan oksalat turşusu səbəbindən adı çəkilən mineralları mənimsəməyə mane olur.

2. Zülal tərkibli qidalar (heyvan mənşəli qidalar, paxlalılar, soya)

Zülal sümüklərin möhkəm olması üçün əvəzolunmaz maddə hesab edilir. Uzun müddət belə bir fikir mövcud olub ki, rasiona daxil olan heyvan mənşəli qidalar osteporozun inkişafına səbəb ola bilər. Amma elmi tərəfdən sübut edilib ki, bu ehtimal səhvdir.

3. Bulyonlar (mineral mənbəyi)

Bir çox yeməklər ənənəvi olaraq bulyonda hazırlanır. İş burasındadır ki, bulyonlar az odda uzun müddət bişdiyinə görə tərkibində bol miqdarda minerallar olur. Bu isə bulyonu çox qidalı və faydalı edir.

4. Tam toxum (maqnezium mənbəyi)

Qəhvəyi düyü, arpa, qarabaşaq, yulaf kimi tam toxumların tərkibində B qrup vitaminləri və lif olan ən yaxşı karbohidrat var.

Tam toxumlar orqanizmi lazım olan kalori ilə təmin edir ki, nəticədə orqanizmin onun enerji əldə etmək üçün zülala olan tələbatı azalır. Bundan başqa, tam toxumlar yaxşı maqnezium mənbəyidir ki, bu da orqanizmdə kalsiumun yaranmasına səbəb olur.

5. Mikroelementlərlə zəngin ərzaqlar

Çərəzlər və toxumların bir sıra üstün cəhətləri var. Onlar yalnız əvəzolunmaz yağ turşusu mənbəyi deyil, həm də orqanizm üçün vacib olan zülal, bor, dəmir, fosfor, maqnezium kimi maddələrlə də təmin edir.

6. “Sağlam yağlar” (K və D vitamini qaynağıdır)

Təəccüblü olsa da, bu yağlar sümüklər üçün böyük əhəmiyyət daşıyır.

Dietoloqların fikrincə, hər orta yaşlı qadına gün ərzində 65 qr yağ tələb olunur. Bu isə cəmi 1-2 xörək qaşığı təşkil edir. Ekspertlər bildirirlər ki, orqanizmdə olan balansı qorumaq üçün tərkibində yağ olan müxtəlif ərzaqlardan istifadə etmək lazımdır.

Xəbər 1542 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +