Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb
Prezident beynəlxalq sərgidə çıxış edib... - Bakıda
Sərdarlı ailəsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ziyarət edib - fotolar


31.01.2020  13:43 

Fevralda hava necə olacaq?





A+  A-

Fevral ayına olan hava proqnozu açıqlanıb.
XzəərNews.az-a daxil olan məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ilk günündə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında
Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 2-7 dərəcə isti, bəzi günlərdə 0-2 dərəcə şaxta, gündüzlər 8-13, bəzi yerlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasından 2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-24 mm) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında
Orta aylıq temperaturun 2-5 dərəcə isti (gecələr 5-10, dağlarda 15-20 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi yerlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasından 1-4 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 11-29 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında
Orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 0-5, bəzi günlərdə 8-10 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi yerlərdə 0-4 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-4 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (25-35 mm) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Orta aylıq temperaturun 4-6 dərəcə isti (gecələr 0-5 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (15-36 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
Orta aylıq temperaturun 1-5 dərəcə isti (gecələr 0-5, bəzi günlərdə 7-10, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüzlər 6-11, bəzi yerlərdə 0-2 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 24-55 mm) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Orta aylıq temperaturun 5-7 dərəcə isti (gecələr 3-8 dərəcə isti, bəzi günlərdə 0-4 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 21-35 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Orta aylıq temperaturun 2-6 dərəcə isti (gecələr 1-6 dərəcə isti, bəzi günlərdə 0-2, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər 7-12, bəzi günlərdə 5 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1-2 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 44-105 mm) gözlənilir.

Xəbər 1384 dəfə oxunub.




21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib

20.06.2024  20:21 

Milli Məclis buraxılır

18.06.2024  14:34 

Sabahın havası açıqlandı

15.06.2024  18:28 

İran Fransaya donosçuluq edir


BÜTÜN XƏBƏRLƏR +