“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


11.01.2018  22:37 

Hər bir ixracatçıya 60 min manat pul veriləcək





A+  A-

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə yalnız beynəlxalq sertifikat almasına dəstək veriləcək.
XəzərNews.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.

Qüvvədə olan qaydaya əsasən indiyə qədər ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edib. Dəyişikliyə əsasən isə Qaydaya “Beynəlxalq sertifikatın alınmasına dəstək” fəsil əlavə edilib. Beləliklə, beynəlxalq sertifikatın alınmasına dəstək tədbirini müvafiq beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracatçılarının sifarişi əsasında və “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq nazirliyin seçdiyi ixtisaslaşmış hüquqi və ya fiziki şəxslər həyata keçirəcəklər.

Hər il fevralın 1-dək beynəlxalq sertifikatın alınmasına dəstəklə bağlı ixracatçılardan sifarişlərin qəbuluna dair elan veriləcək və müraciət edilməsi üçün ən azı 60 günlük müddət müəyyən olunacaq. Həmin dəstək tədbirindən bir ixracatçı eyni təqvim ili ərzində yalnız bir beynəlxalq sertifikatın alınması üçün faydalana bilər. Dəstək tədbiri çərçivəsində alınmasına dəstək verilən beynəlxalq sertifikatların siyahısını İqtisadiyyat Nazirliyi müəyyən edəcək və özünün rəsmi internet saytında yerləşdirəcək. Hər bir ixracatçı üçün beynəlxalq sertifikatın alınmasına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 faizini (60 min manatdan artıq olmamaqla) təşkil edir.

Dəstək tədbiri çərçivəsində beynəlxalq sertifikat əldə etmiş ixracatçı sertifikatla əhatə olunan məhsulu (məhsulları) sertifikatı əldə etdiyi tarixdən etibarən ixrac etməli və bu barədə məlumatları və sənədləri (Azərbaycan Respublikasından ixrac və digər dövlətə idxal gömrük bəyannamələrinin surətlərini) müvafiq ixrac əməliyyatlarının aparıldığı tarixdən etibarən 30 (otuz) gündən gec olmayaraq nazirliyə təqdim etməlidir. İxracatçı beynəlxalq sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracına dair məlumatları və sənədləri nazirliyə təqdim etmədikdə və ya sertifikatın əldə olunduğu tarixdən 1 il ərzində sertifikatla əhatə olunan məhsulun (məhsulların) ixracını həyata keçirmədikdə, həmin sertifikatın əldə edilməsinə görə ödənilmiş dəstək məbləğini geri qaytarmalıdır.

Xəbər 1570 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +