“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


19.12.2023  20:19 

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi seçilib





A+  A-

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda 2023-cü ilin ən yaxşı futbol məşqçisi seçilib.

Xəzərnews.az xəbər verir ki, Baş məşqçi Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun qalibi olub.

Tədbirdə çıxış edən Qurban Qurbanov mükafatı qazanması ilə bağlı fikirlərini açıqlayıb:

“Dəyər verildikdə daha məsuliyyətli oluram, həvəslənirəm və daha güclü oluram. Eyni zamanda, işim çətinləşir. Çünki o adı qoruyub saxlamaq vacibdir. Heç vaxt istəmərəm ki, hansısa idmançı və ya özüm haqda “zəifdir” ifadəsi işlənilsin. Uğurlarımızın daha böyük olmasını istəyirəm. Bizim hər bir uğurumuz xalqımızı nə qədər sevindirir.
Azərbaycan futbolundan danışırıqsa, Avropa futbolu ilə müqayisə etməliyik. Avropada futbol həddən artıq inkişaf edir. Son günlər oyunlarımız, yaxşı anlarımız çox oldu. Bu il qarşıya qoyduğumuz məqsəd üç turnirdə keyfiyyətli çıxış etmək idi. Avropa Liqasında qrupu ikinci yerdə bitirərək pley-offa çıxdıq. Qarşıda çempionat və kubok matçları var. Çempionatda da hər şey qaydasındadır, komandamız birinci yerdədir”.

Xəbər 1198 dəfə oxunub.




23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib

20.09.2024  17:03 

Prezident Sərəncam imzalayıb


BÜTÜN XƏBƏRLƏR +