İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
İlham Əliyev filippinli həmkarını təbrik edib
Ankaranın BRICS planı işə düşdü- Kağız üzərindəki müttəfiqlər çaşqınlıq içində- Rusiya və Çin isə...- SENSASİYA
İctimai Birlik azsaylı xalqlarla bağlı yeni layihənin icrasına başlayıb


05.01.2018  14:09 

Xoşqədəm daha bir qatili tapdı - 20 il sonra həbs edildi





A+  A-

Bir neçə gün əvvəl daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 20 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb. Ötən il dekabrın 26-da Masallı rayonunun Yeni Zuvand kənd sakini Stəkan Məmmədova 1997-ci ildə Tatyan kənd sakini Vüqar İsayevin onun qızı Bahar Məmmədovanı evlənmək məqsədilə qaçıraraq Rusiya Federasiyasına aparması, lakin sonradan Vüqar kəndə qayıtsa da övladından heç bir xəbər olmaması barədə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.
XəzərNews.az xəbər verir ki, sonuncu müraciətdən 4 il əvvəl, yəni 2013- cü ildə qızın ailəsi Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində qonaq olub. Həmin verilişdə aparılan araşdırmalar nəticəsində bu məsələdə cinayət izinin olduğu vurğulanıb.

Bahar Məmmədovanın ailəsinə qızının uzun illər Rusiyanın Arxangelski şəhərində yaşadığı deyilsə də, bunun yalan olduğu üzə çıxıb. Onu qaçıran Vüqar İsayevin isə Moskvaya tək getdiyi məlum olub. Günlərin birində Arxangelskidən qızın öldürüldüyünə dair məktub gəlsə də, verilişin araşdırması nəticəsində həmin məktubun əslində Masallıdan göndərildiyi məlum olub.

V. İsayevin həmçinin hərbi xidmətdən yayınmaq məqsədilə Arxangelskiyə gəldiyini qardaşı Mübarizin Rusiyadakı xanımı da “Səni axtarıram” verilişinə açıqlamasında qeyd edib.

O, Masallıda olarkən də hərbi xidmətdən yayınmaq üçün Baharı özünə çıxış yolu hesab edib.

Verilişdə o da açıqlanıb ki, V. İsayev Arxangelskidə iki nəfəri öldürüb və 13 il həbsə məhkum edilib.

Qeyd edək ki, ötən il hüquq-mühafizə orqanlarının və prokurorluğun araşdırmasına əsasən V.İsayevin 1997-ci ilin oktyabr ayında Bahar Məmmədovanı evlənmək məqsədilə qaçırdıqdan sonra Şıxlar kəndinin ərazisindəki meşə zolağına aparması, aralarında baş verən münaqişə zəminində Baharın boynunu qıraraq onu qəsdən öldürməsi, çuxurda basdıraraq üzərinə daş və qaya parçaları yığması, beş ay müxtəlif ünvanlarda gizləndikdən sonra Rusiya Federasiyasının Arxangelsk şəhərinə getməsi müəyyən edilib.

Məlumatda V.İsayevin 2005-ci ildə Rusiya Federasiyasının ərazisində də qətl hadisəsi törədərək uzun müddətə azadlıqdan məhrum edildiyi, cəzasını çəkdikdən sonra isə 2017-ci ilin dekabrın 25-də Masallıya qayıtdığı qeyd edilib.


Xəbər 1965 dəfə oxunub.




24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB

24.06.2024  08:27 

Dağıstanda matəm elan olundu

23.06.2024  22:19 

Sabah bu rayonda qaz olmayacaq

23.06.2024  22:08 

Bir həyətdə iki ev yandı

23.06.2024  14:19 

Əməkdar rəssam vəfat edib -Foto

22.06.2024  13:17 

Xəzər dənizində zəlzələ olub

22.06.2024  13:15 

AzTV-nin strukturunda dəyişiklik

21.06.2024  16:03 

BDU-nun müəllimi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +