İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.11.2023  21:06 

“Ömrümün qalan illərini Laçında keçirəcəyəm“ -Laçın sakini





A+  A-

"Ömrümün qalan illərini Laçında keçirəcəyəm".

Xəzərnews.az "Report"a istinadən xəbər verir ki, bu gün Laçına köçən sakin Kəmalə Bayramova deyib.

31 ildir ki, Laçınsız olduğunu bildirən sakin ömrünün qalan hissələrini doğma yurdunda keçirmək istəyir:

"Çox şükür ki, uzun illərdən sonra biz evimizə qayıtdıq. Mən Laçının ilk şəhidlərindən olan Sadıqov Rzanın bacısıyam. Laçın mənim üçün əzizlərimin yurdu deməkdir. Torpaqlarımızı işğaldan azad etdiyi, bizi yenidən torpaqlarımıza qaytardığı üçün Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".

K.Bayramova qeyd edib ki, Laçın bu gün öz ucalığı ilə sakinlərini qarşıladı: "Laçına daxil olanda elə hiss etdim ki, sanki bu yurd öz sakinlərini gözləyib, bizim üçün darıxıb. Laçına gələndə sanki yenidən yaşamağa başladım. Ürəyimdəki vətən həsrəti yox oldu. Bu gün artıq mən öz obama, elimə qovuşdum".

Qeyd edək ki, bu gün Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülüb. Bununla da Laçın şəhərində 325 ailə, yəni 1245 nəfərin daimi məskunlaşması təmin edilib.

Xəbər 581 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +