İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


16.08.2023  12:39 

Sabahın havası açıqlandı: İsti olacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.

Xəbər 469 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +