İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.04.2023  10:51 

Sürücülər 800 manat cərimə oluna bilərlər





A+  A-

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) dayanma və durma qaydalarını pozan sürücülərə müraciət edib.

XəzərNews.az xəbər verir ki, Mərkəzin rəsmisi Rauf Mirqulamov mətbuata bildirib ki, bəzi sürücülər dayanma və durma qaydalarını pozduqları halda cərimə olunmaqdan yayınmaq üçün müxtəlif üsul və vasitələrə əl atırlar.

O qeyd edib ki, bu, NİİM tərəfindən paytaxt yollarında quraşdırılan kameralar vasitəsilə aparılan müşahidələrə əsasən müəyyən olunub: “Belə ki, bəzi hallarda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü məhdudlaşdıran müxtəlif örtüklər çəkməklə, avtomobilin yük yerinin qapısını açmaqla və ya kapotu açıb guya avtomobilin nasaz olmasını göstərməklə inzibati məsuliyyətdən yayınmağa çalışırlar. Təbii ki, bu və ya digər hallar araşdırılaraq bəzi sürücülərin məqsədyönlü davranışı üzə çıxarılır.

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrinə əsasən dayanma və durma qaydalarının pozulmasına görə iyirmi və qırx manat məbləğində cərimə nəzərdə tutulubsa, Məcəllənin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə tətbiq edilir”.

“Göründüyü kimi, məsuliyyətdən yayınmaq məqsədilə törədilən bu kimi əməllər daha ciddi inzibati tənbehin tətbiq edilməsinə əsas yaradır. Odur ki, bir daha sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə və bu cür hallardan çəkinməyə çağırırıq”, - NİİM rəsmisi vurğulayıb.

Xəbər 367 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +