İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.04.2023  14:11 

İcra başçısı plastik əməliyyat keçirdi - Azərbaycanda





A+  A-

Xızı rayonunun icra başçısı Xəzər Aslanov plastik əməliyyat keçirib.

XəzərNews.az Medicina-a istinadla xəbər verir ki, bu günlərdə Bakıda yas mərasiminə qatılan məmur yeni görkəmi ilə hamını şoka salıb. Plastik əməliyyatdan sonra icra başçısının 80 kq çəki atdığı deyilir. İcra başçısını yeni görkəmində görənlər tanımayıb.

Xəzər Aslanovun əməliyyatı Almaniyada etdirdiyi bildirilir.

Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olub. 1994–2002-ci illərdə Daxili İşlər Nazirliyində əməliyyatçı, 2005–2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006–2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətnin başçısı vəzifəsinə təyin edilib.

Xəzər Aslanov sovet dövründə Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi işləmiş publisist Qəşəm Aslanovun oğludur.

Qeyd edək ki, Xəzər Aslanovun bir müddət əvvəl şəhid ataları ilə kobud davranışı müzakirələrə səbəb olmuşdu.

Xəbər 443 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +