İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.01.2023  11:46 

Aqşin Yeniseyin sözləri müzakirələrə səbəb olub





A+  A-

Yazıçı Aqşin Yeniseyin feysbukda yazdığı sözlər müzakirələrə səbəb olub.

XəzərNews.az xəbər verir ki, A.Yenisey dünəndən müzakirə olunan gəncin saçlarının qırxılması məsələsinə toxunub:

“Söyüşə minimum on doqquz bıçaq zərbəsi ilə cavab verən vətəndaşı qəhrəman elan edən cəmiyyət, söyüşə görə vətəndaşı vətəndaşın öz qandığı yolla cəzalandıran polisdən qanun tələb edir. Əlbəttə, polis qanun keşikçisidir, amma xalqın, cəmiyyətin hörmət etmədiyi qanuna niyə keşik çəkməlidir ki?”.

Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirdiyi iddia olunan gəncin alçaldıcı hərəkətlərə və zorakılığa məruz qaldığı iddia olunur. Sosial şəbəkələrdə həmin şəxsin saçları yığılmış və qırxılmış formada fotoları yayılıb. Sözügedən fotoların polis orqanlarında çəkildiyi iddia olunsa da, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, iddialar əsassızdır, fotolar polis orqanlarında çəkilməyib.

Xəbər 880 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +