İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.12.2022  18:30 

Məhkəmə-hüquq sistemimizin böyük üz qarası: TƏRTƏR İŞİ





A+  A-

"Tərtər işi" üzrə əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işində dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun təqdimatı əsasında Ali Məhkəmədə yenidən baxılması, qərarların ləğv edilərək müvafiq məhkəmələrə qaytarılması təbii ki, təqdirəlayiqdir.

Lakin çox ciddi məsələlər var axı.

Bu adamlara hökm çıxarmış, həyatlarnı məhv etmiş, ailələrini faciəyə sürükləmiş vəzifə sahiblərinin, hakimlərin cəzalandırılması…

Bu cinayətlər ən hazırlıqlı, peşəkar, milləti və dövləti üçün bir an belə düşünmədən canından keçməyə hazır olan hərbçilərimizə qarşı edilib.

Cinayət Məcəlləsində hakimin bilə-bilə qanunsuz hökm çıxarması cinayət məsuliyyəti müəyyən edir. Cinayət Məcəlləsinin müvafiq maddələri (Bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma) praktikada tətbiq olunmalıdır, tədqiqatçılar, müstəntiqlər və bu hökmləri çıxaran hakimlər həbs olunmalıdır.

Buradakı cəzasızlıq dövlətin gələcəyinə vurulmuş ən böyük zərbə olar. Buna imkan vermək olmaz. Ordu, əsgər bu xalqın namusudur, şərəfidir. Ona qarşı oynanılan oyunların iştirakçıları ən ağır formada cəzalandırılmalıdır.

Tərtər cinayətlərinin ictimailəşdirilməsi, həqiqətlərin ortaya çıxması üçün fədakarlıqla çalışan, gerçəklərin bir gün parıldamasına inanların hər birinə təşəkkürümü bildirirəm. İndi danışmaq çox asandır, hətta parlament kürsüsündə belə münasibət bildirmək olar. Amma bu 5 ildə danışan, yazan hər kəsə təşəkkür edirəm. Xüsusilə, Ərəstun Orucluya və Validə anaya təşəkkürümü bildirirəm.

Çox acı səslənsə də, "Tərtər işi"nin açılması ədalətin təntənəsinə inanmayan cəmiyyətimiz üçün həm də bir dərs, ümid oldu. İşgəncələr, həbslər, ölümlər ədalətin bir gün zəfər çalacağına, həqiqətin parlayacağına olan ümidin, bu yolda verilən mücadilənin qarşısında daş ola bilər, amma sipər ola bilməz.

P.S. Cinayət Məcəlləsinin müvafiq maddələrini şəkil olaraq paylaşıram.

Anar Əsədli
AY Partiya Başqanı


Xəbər 846 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +