İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.11.2022  11:59 

Alimpaşa Məmmədov dövlətə nə qədər maddi ziyan vurub?





A+  A-

Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova verilmiş yekun ittihamlar və cinayət işi üzrə dövlətə dəymiş ziyanın məbləği məlum olub.

Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olduğu yeddi il il ərzində xidməti vəzifəsinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə dövlətin qanunla qorunan mənafeyinə xələl gətirməkdə ittiham olunur.

İttihamda göstərilib ki, Alimpaşa Məmmədov müxtəlif şəxslərdən külli miqdarda rüşvət almaqla, rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə, külli miqdarda mənimsəmə və israfetmə yolu ilə talama və cinayət yolu ilə əldə edilmiş xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması yolu ilə qulluq mənafeyindən sui-istifadə edib.

Ümumilikdə Alimpaşa Məmmədov icra başçısı işlədiyi müddətdə mənimsəmə və rüşvət alma yolu ilə 6.804.613 min manat pul vəsaiti əldə edib. O, sözügedən pul vəsaitinin həqiqi mənbəyini gizlətmək məqsədilə həmin pulu oğlu Adil Məmmədovun adına təsis olunmuş "Az Farel" MMC-nin tikinti xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi pul vəsaitlərini təkrar leqallaşdırıb.

Göstərilən əməllərə görə Alimpaşa Məmmədova 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib. Sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır./APA

Xəbər 423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +