İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.06.2022  14:58 

Hikmət Cavadov Kiyevin müdafiəçiləri ilə görüşdü – Fotolar





A+  A-

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyündə olub.

XəzərNews.az Hikmət Cavadova istinadən xəbər verir ki, o, şəhəri müdafiə edən hərbçilərin ehtiyacları ilə maraqlanıb, Azərbaycan diasporunun Ukrayna ordusuna və müharibədən zərər çəkmiş əhaliyə göstərəcəkləri mümkün yardımlar barədə məlumat verib, Azərbaycanın Ukraynaya dəstəyindən danışıb.

H.Cavadov bildirib ki, mart ayında Bakıda hazılanmış 1000 ədəd ilk tibbi yardım çantaları UABD-nin təşəbbüsü, Ukraynanın Azərbaycandakı səfirliyi vasitəsilə Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyünə təhvil verilib.

Görüşün sonunda UABD sədri 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyünə generator hədiyyə edib.

Kiyev vilayətinin 114-cü Əlahiddə Ərazi Müdafiə Bölüyünün rəhbər heyəti Azərbaycan diasporuna göstərdikləri qayğıya görə təşəkkür ediblər.





Xəbər 1150 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +