İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.04.2022  17:40 

12 yaşlı qız 60 yaşlı qonşusu tərəfindən zorlanıb





A+  A-

Masalı rayonunun Ərəb kəndində 12 yaşlı qız 60 yaşlı qonşusu tərəfindən zorlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə aparıcı Elgiz Əkbər sosial şəbəkə hesabında məlumat paylaşıb.

Bildirilir ki, 60 yaşlı Niftulla Hacıyev azyaşlının anasının evdə olmamağından istifadə edərək ona iki dəfə təcavüz edib.

Bu barədə qızın atasının sosial şəbəkədə müraciəti də paylaşılıb. O bildirib ki, hadisə yanvar və fevral aylarında uşaq evdə tək olarkən baş verib.

Atanın sözlərinə görə, qonşu iki dəfə qızı zorlayıb və onu anası və qardaşını öldürməklə hədələyib ki, hadisəni heç kimə danışmasın. Ata hadisə ilə bağlı polisə və prokurorluğa müraciət etdiklərini bildirib.

Ata onu da əlavə edib ki, o, yoldaşından və uşaqlarından ayrı yaşayır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, iş təkrar araşdırma aparılması üçün Masallı Rayon Polis Şöbəsinə göndərilib.

Xəbər 1316 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +