Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


01.03.2022  13:01 

Rusiya DÜNYADA təklənir... və TÜKƏNİR...





A+  A-

Ukraynaya təcavüzü Rusiyaya baha başa gələir. Artıq dünyanın siyasi, iqtisadi, mədəni, humanitar və idman sahələrində fəaliyyət göstərən təşkilatlar Rusiya ilə əməkdaşlıqdan imtina edir. Belə davam edərsə, Rusiya bir çox sahələrdə əməkdaşlıqla bağlı yalnız Orta Asiya və Qafqazla kifayətlənməli olacaq.

XəzərNews.az xəbər verir ki, Kanada isə Rusiyaya qarşı neft embarqosu qoyub. Bunu Kanadanın Baş naziri Castin Trüdo deyib:

“Biz Rusiyadan bütün xam neft tədarükünü qadağan etmək niyyətimizi elan edirik. Bu sektor Rusiya büdcəsinin gəlirlərinin üçdə birindən çoxunu təmin edir”.

“Forbes” jurnalının məlumatına görə isə, Kanada nə 2020, nə də 2021-ci ildə Rusiyadan neft alıb. Çünki o, özü də əsas neft ixracatçılarından biridir.

Avropa İttifaqı Rusiyaya qarşı total iqtisadi və maliyyə müharibəsi aparacaq.
Bu barədə Fransanın Maliyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Rusiya fevralın 24-ü Ukraynada hərbi əməliyyatlara başlayıb. Bundan sonra Qərb ölkələri Rusiyaya qarşı iqtisadi, maliyyə və aviasiya sahəsində sanksiyalar tətbiq edib.

Bu atrada Rusiyada keçirilməsi nəzərdə tutulan kişi voleybolçular arasında dünya çempionatı ləğv olunub.

Bu barədə Beynəlxalq Voleybol Federasiyası məlumat yayıb.

Dünya çempionatı avqustun 26-dan sentyabrın 11-dək keçirilməli idi. Mundialın Moskva, Sankt-Peterburq, Ufa, Yekaterinburq, Krasnoyarsk, Kalininqrad, Kazan, Kemerovo, Novosibirsk və Yaroslavl şəhərlərində keçirilməsi nəzərdə tutulmuşdu

Qeyd edək ki, 2018-ci ildə İtaliya və Bolqarıstanın birgə ev sahibliyi etdiyi sonuncu dünya çempionatının qalibi Polşa millisi olub.

ABŞ-ın “Netflix” striminq servisi Rusiyanın 20 federal televiziya kanalını yayımlamaqdan imtina edib.

“Politico” nəşrinə istinadla xəbər verir ki, bu barədə “Netflix” servisinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, “Netflix” yeni müqavilələrə əsasən martın 1-dən aralarında NTV, “Pervıy kanal”, RPÇ “Spas” telekanalları olmaqla Rusiyanın 20 təbliğat kanalının yayımına başlamalı idi.

“Hazırkı vəziyyəti nəzərə alaraq, bu telekanalları servisimizə daxil etməyi planlaşdırmırıq”, –“Netflix” servisinin nümayəndəsi belə deyib.



Xəbər 1293 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +