İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


05.02.2022  12:34 

Bakıda və Abşeronda sulu qar yağacaq





A+  A-

Bakıda və Abşeron yarımadasında fevralın 5-dən 6-na keçən gecə yağışın bəzi yerlərdə sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

XəzərNews.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Xəbər 1219 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +