Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


19.01.2022  19:16 

Britaniya silahları, Ərdoğanın bəyanatı, Əliyevin Putinə zəngi





A+  A-

Azərbaycan Ukrayna böhranından çıxış yolları təklif edən beynəlxalq diplomatik fəaliyyət maşınının çarxına çevrilir, Prezident İlham Əliyevin Kiyevə səfəri də Rusiya-Ukrayna münaqişəsinin həllinə töhfə vermək məqsədi daşıyırdı.

Əvvəlcədən qeyd etdiyimiz kimi, İlham Əliyevin səfəri Azərbaycan-Türkiyə-Ukrayna üçlüyünün müştərək maraqlarının bəyanı, eyni zamanda Bakı-Ankara-Moskva maraqlarının Ukrayna mövzusunda uzlaşdırılması baxımından əhəmiyyətli idi.

Ancaq hər keçən gün Ukrayna ətrafında yaranan situasiyanı daha da gərginləşdirir və Moskva-Kiyev qarşıdurması ehtimalları güclənir.
Belə bir məqamda Qərbin “boz kardinalı” olan Böyük Britaniya Ukraynanı silahlandırır, görünür ki, bu az da olsa Rusiya üçün çəkindirici faktora çevrilir.

Yanvarın 18-də Ukraynaya tuşlanan silahların atış vəziyyətindən çıxarılması üçün yüksək səviyyəli siyasi-diplomatik təmaslar davam etdirildi:

- Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın işğal ssenarisinin mümkünsüzlüyünə diqqət çəkdi,

- Cənab Ərdoğan İlham Əliyevlə və rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna mövzusunu müzakirə edəcəyini bildirdi.

- İlham Əliyev Ərdoğanın məlum bəyanatından sonra Rusiya Prezidenti Vladimir Putinə zəng etdi, Ukrayna münaqişəsi də liderlərin müzakirə predmetinə daxil oldu.

- Ərdoğanın Ukraynaya səfəri gözlənilir.

Britaniyanın Ukraynaya yeni silahlar göndərməsi fonunda baş tutan danışıqlar ən azından hərbi əməliyyatlar planını bir qədər arxa plana salır.

Bunu sübut edən digər arqument budur ki, ABŞ və Rusiya baş diplomatlarının (Entoni Blinken və Sergey Lavrov) Cenevrədə danışıqlar masasına əyləşəcəyidir.

Növbəti təmasların isə Azərbaycan-Türkiyə-Rusiya üçbucağında baş tutacağını söyləyə bilərik, Bakının mövqeyinə müraciət edilməsinin səbəblərinə gəlincə, bu, Azərbaycan dövlətinin regional oyunçuya çevrilməsinin göstəricisi kimi qəbul oluna bilər.

Təbii ki, Rusiya Ukrayna məsələsində Azərbaycandan dəstək gözləyir, amma Bakı buna getməyəcək, ən azından iki səbəbə görə:

1. Rusiyaya dəstək ərazi bütövlüyü məsələsində Azərbaycan üçün də təhlükəli presedent yaradar. Üstəgəl, Azərbaycanın siyasətində ölkələrin ərazi bütövlüyü məsələsi qırmızı xətlə keçir,

2. Bakı regional və qlobal miqyasda nüfuz dairələrinin bölüşdürülməsi uğrunda aparılan mübarizədə mövqeyini Ankaranın maraqları ilə uyğunlaşdırır.

NƏTİCƏ:

1. Təmaslar həm də Britaniya amili bağlıdır. Britaniyanın qlobal siyasətə dair konsepsiyasında Azərbaycanla və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsi məsələsi yer tutur,

2. Azərbaycan postsovet ölkələrindəki prosesləri diqqətlə izləyir və baş verə biləcək hadisələrin ölkəyə təsir etməməsi üçün çalışır,

3. Bakının regional aktora çevrilməsi yeni dünya nizamının yaradılmasına verilən strateji reaksiyadır və bu, dövlət üçün mütləqdir...

Aqşin Kərimov

Xəbər 1068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +