İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.11.2021  14:30 

“Ayrılıqdan sonra çətin həyatım başladı” - Aparıcı/Video





A+  A-

ARB TV-nin​ “Onun Sirri”​ verilişinin növbəti qonağı teleaparıcı​ Vüsalə Kərimova​ olub.

Məşhur aparıcı keçmiş həyat yoldaşından danışıb:

“Sevdiyim insanla ailə həyatı qurmuşdum. Çox savadlı, alicənab insandır. 1998-ci ildə nişanlandıq. Bir il iki ay sonra toyumuz oldu. 2000-ci ildə oğlum dünyaya gəldi. Çətin insanam. Mənimlə yaşamaq bir ömür istər. Son anadək getmərəm, getdimsə, əsla geri dönmərəm.

Ayrılanda oğlumun 7 yaşı vardı. Əslində öncədən ayrı idik. Amma rəsmi boşanma üçün müraciət etməmişdim. Rəsmən boşandığım gün hönkür-hönkür ağladım. Yanlış insanla yol getməkdənsə, yalnız yerimək daha yaxşıdır.

Ayrılıqdan sonra çətin həyatım başladı. Ayrılığımızın əsas səbəbi indiyədək heç kimə məlum deyildi. Bunu ilk dəfə açıqlayıram. Səbəb əqidə məsələsi idi. Tamam fərqli insanlarıq. Nə evliliyimə, nə ayrılmağıma peşman deyiləm. Oğlumun savadlı, dünyagörüşlü olmasını atasına borcluyam.

Keçmiş həyat yoldaşım bizə maddi dəstək göstərmir. Heç belə istəyim də olmayıb. Hətta alimentdən belə imtina etmişəm. Doğulduğu gündən 21 yaşına qədər oğlum üçün hər şeyi özüm etmişəm. Bu yaşına qədər oğlum haram yeməyib”./oxu.az



Xəbər 3967 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +