İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


28.10.2021  23:37 

Kənd qəbiristanlığının “bəzəyi” - Fotolar





A+  A-

Müharibə iştirakçısı olan bir dostum deyirdi ki, qəhramanları nə məktəb, nə təhsil nə də mühit yetişdirmir. Qəhrəmanları ailələr yetişdirir. Dostum fikrini onunla əsaslandırırdı ki, müharibədə çiyin-çiyinə döyüşdüyü igid əsgərlərimizin mütləq əksəriyyəti ucqar kəndlərin, alayarımçıq məktəblərindən orta təhsilli, şəhər mədəniyyətindən və bər-bəzəyindən uzaq gənclər olub. Amma canavar kimi döyüşüblər, ölümün üzərinə yeriyiblər. Yaralanıblar, lakin qospitala getməyi belə özlərinə sığışdırmayıblar, səngəri - süngünü tərk etməyiblər.

Artıq bir ildir, hər gün onlar haqqında yazılır, filmlər göstərilir, söhbətlər edilir. Bu necə qəhrəmanlıqdır ki, bitmir, bitməz də, bitməyəcək də...

Hər gün onların daha yeni-yeni qəhrəmanlıqlarını kəşf edirik. Müharibə iştirakçılarının hər gün yenilənən xatirələri bizləri o yerlərə, odlu-alovlu, barıt qoxulu çöllərə, lakin şərəfli günlərə qaytarır.

Şəhid Elnur Sadıqov da məhz hər gün kəşf olunan və AİLƏnin yetişdirdiyi qəhramanlardan idi. Elnur 2001-ci ilin mayında Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuşdu.

Etiraf edim ki, onunla çox az qarşılaşmışdıq. Kəndimizin əxlaqlı, ədəbli və tərbiyəli gənclərindən idi.



Bütün gənclər kimi orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmət dövrünü ləyaqətlə, vicdanla yerinə yetirib. Hərbi xidmətdə olduğu müddətdə göstərdiyi şücaətlərə görə seçilən əsgərlərdən olub. Dəfələrlə xidmət göstərdiyi Hərbi Hissə tərəfindən müxtəlif hədiyyələrə layiq görülüb, Fəxri fərmanlarla təltif olunub.

Xidmətinin 15-ci ayında Vətən müharibəsi başladı. Elnur müharibənin ilk günlərindən döyüşlərə qatılıb, bir sıra əməliyyatlarda uğurla iştirak edib.

İlk dəfə ayağından yaralanıb, qısa müddətli müalicədən sonra təkrar ön cəbhəyə yola düşüb. Yaralanması barədə nə ailəsinə, nə də dostlarına heç bir məlumat verməyib.

Elnur 44 günlük İkinci Qarabağ savaşı - Vətən Müharibəsinin 33-cü günü şəhid oldu.



Azərbaycan Respublikası Prezidentinin 15 dekabr, 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda", 26 iyun, 2021-ci il tarixli Fərmanı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilb.

Elnur həm də bizim kasıb və baxımsız kəndin ilk şəhidi deyil... Onun təhsil aldığı tam orta məktəbin daha bir məzunu, adı məktəblə əbədiləşdirilən Elxan Fətiyev də Birinci Qarabağ savaşında şəhid olmuşdu.

Hər ikisi kasıb, lakin mərd və vətənpərvər ailədə böyümüşdülər. Elxanla aramıza bir yaş fərqi var idi, Elnur isə hələ çox gənc idi - vur-tut 19 yaş...



19 yaş ölüm üçün tez deyilmi? Əlbəttə ki, tezdir, amma şəhadətin yaşı olmur, deyirlər.
Arzular, planlar, çətinliklər, daha nələr, nələri yaşamalı idi Elnur. Amma Allah-Təala torpağın üstündə yaratdığını, torpağın altına apardı, həm də necə və hansı statusla...

İndi onun məzarı kənd qəbiristanlığının “bəzəyi”dir, ölüsü ölən, ölmüş ölüsünə dua oxumaq üçün qəbristanlığa yolu düşən hər kəsin ilk dayanacaq yeridir.

Allah rəhmət eləsin!

Niyaz NİFTİYEV

Xəbər 1864 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +