İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2021  13:50 

Aybəniz Haşımovanın Firuzə İbadova ilə paylaşımı hamını kövrəltdi





A+  A-

Əməkdar artisti Aybəniz Haşımova sosial şəbəkə hesabında Firuzə İbadova ilə bağlı paylaşım edib.

XezerNews.az həmin paylaşımı olduğu təqdim edir:

Bəli, mən onu tanıyanda o, artıq indiki dəbdə olan ifadə ilə desək, “Ulduz” idi. Mənim üçün bu gün də “Ulduz”dur. Özü də heç vaxt sönməyəcək “Ulduz”. Onun haqqında bütün bildiklərimi, gördüklərimi söhbətləşmək istəyirəm sizinlə, dostlar...

Çünki zaman elə surətlə gedir ki, bir də baxırıq çatmışıq müəyyən yaşa. Ömrün əlimizdən alıb nə qədər apardıqları var...

Gəncliyimiz, sağlamlığımız, illərimiz, doğmalarımız, ümidlərimiz…

Gözlədiyimiz..

O gözlədiyimiz ki, bir də heç vaxt qayıtmayacaq gəncliyimizin işiq dolu səsi...

O, səs ki, hər zaman, hər kəs dinləmək, görmək arzusu ilə, cibinin ən sonuncu parasını bəlkədə bilet alıb “Azkonsert”, Filarmoniya səhnələrində Firuzə İbadovanı dinləmək üçün onun çıxış etdiyi konsertlərə gələrdi onu sevən tamaşaçılar...

Firuzə İbadovanın çıxış etdiyi o əzəmətli konsertlərin dəfələrlə şahidi olmuşam. Onu yaxından dinləyib, hətta pərdə kənarından musiqi baxışını öyrənmişəm də. O, ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış Sərəncam əsasında açılmış Muğam sinfində Şövkət xanımın ilk tələbələrindən olub. Halbuki onun dərs almağa heç bir ehtiyacı yox idi. Bu, Şövkət xanıma böyük sevgisindən irəli gəlirdi.

Firuzə xanim “Lalə qızlar”, “Azkonsert”, “Göy-göl” ansamblı, Filarmoniya, “Dan ulduzu” ansamlının təqvimdə elə bir günü yox idi ki, təşkil olunmuş konsertlərdə iştirak etməsin (stadion, tarla, kolxoz, sovxoz). Hətta son yaxın illərdə o tədbirlərin birinin də təşkilatçısı şəxsən özüm olmuşam. Firuzə xanımın necə böyük şövqlə tədbirin gözəl keçməsi üçün əlindən gələni etməsinin şahidi olmuşam. Firuzə İbadovanın adı qırmızı həflərlə yazılan müğənnilər siyahisinda idi. Müqabilində isə Firuzə İbadova ayda cəmi bir dəfə maaş alardı.

O da digər sənətkarlar kimi, xalqının qarşısında saysız çıxışlarının sonunu çox böyük sevgi, diqqət ilə ödəniləcəyini düşünürdü.

Amma bu məqama üstünklük verməsə idi hazırda məcburiyyətdən çörək parası üçün xəstə halı ilə toylarda, şou proqramlarda oxumazdı.

Firuzə xanım tək övladının deyil, bütün ailəsinin yükünü çəkib və məcburiyyətdən olduğu Bayıldakı bir otaqlı evini satdı. Onu gördüyümdə dərdimin üstünə dərd gəldi.

Firuzə xanım səhnədə Azərbaycan incəsənətinə xidmət etməyə başlayanda mən özüm 1-ci sinfə belə getmirdim. Mənim kimi bir çoxları...

Düzdür, illər ötür, yaşın üstünə yaş gəlir və təbii ki, Firuzə xanım kimi musiqimizin, gənclərin yüksək musiqi zövgünün formalaşmasında xidməti olan sənətkarlar qocalır. Hətta səsini, səhnə gücünü də itirə bilərlər...

Amma bu o demək deyil ki, onların əməyi itməli, unudulmalı və qiymətləndirilməməlidir.

Onun üçün də aidiyyəti orqanlar bu kimi halları diqqətdə saxlamalı və Firuzə xanım kimi sənətkarların haqqını qiymətləndirməli, özlərindən incik salmamalıdırlar.

Bu dünya onsuz da heç kimə qalan deyil...

Heç olmaya, öləndə heç kimin gözü arxada qalmasın Şövkət xanim kimi...

Allah heç kimi heç kəsə möhtac etməsin…



Xəbər 1019 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +