İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.10.2021  10:12 

Polşalılar ondan danışır...





A+  A-

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu “Legiya” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Lester”lə qarşılaşıb. Polşa təmsilçisinin 1:0 hesablı qələbə qazandığı oyunda yeganə qolu matçın 31-ci dəqiqəsində məhz Mahir Emreli vurub.

Mahir Emrelinin 2015/2016 mövsümündə İngiltərə çempionu olan “Lester”ə qol vurması azərbaycanlı futbol azarkeşləri ilə yanaşı, polşalı fanatlar tərəfindən də rəğbətlə qarşılanıb.

Mahirin artıq “Legiya” azarkeşlərinin sevimli oyunçusuna çevrildiyini desək, yanılmarıq. Hər halda polşalı fanatların tvitterdə Mahirlə bağlı etdiyi paylaşımlar da bunu deyir.

Seçdiyimiz bir neçə paylaşımı təqdim edirik:

- “Onun üçün fərqi yoxdur, istər Polşa çempionatı olsun, istər ölkə kuboku, istərsə də avrokubok matçı. O, hər zaman bizi sevindirəcək. Padşahımız, Mahir, bizimlə qal, çünki hamımız səni sevirik!”

- “Mahir Emreli ağlasığmaz qollar vurur”.

- “Təvazökar oğlandır. Avropanın yarısını və İngiltərə klubunu susdurdu”.

- “Mahir Emreli - Azərbaycan qızılı!”

- “Bu futbolçunu bizə gətirdilər, hamı da eyni sözü təkrar edir - ulduz olacaq! “Legiya”nın qol silahını ehtiyat oyunçular skamyasına göndərdi. Mahir Emreli bizə özünü belə tanıtdı”.

- "Mahir Emreli - təvazökar bir azərbaycanlı! “Legiya”da bu gün daha bir testdən uğurla keçdi. Bu, bəxt deyildi, keçmiş İngiltərə çempionunu düzgün və ağıllı taktika ilə məğlub etdilər”.

- “Mahir meydanı tərk edəndə, bütün stadion ayaq üstə onu alqışladı. Polşa çempionun yeni kralı!”

- “Mahir Emreli - “Legiya”nın yeni Levandovskisi!”

- “Dürüst olmaq lazımdırsa, pul umrumda deyil. Mənim üçün keyfiyyət önəmlidir. Mahir Emreli canavardır. “Legiya” onu mövsümün sonunda komandada saxlamalıdır”.

- “Mahir Emreli - “Legiya”nın avrokuboklardakı üzü...”

- “Barmaqlarımı onun üçün çarpaz tuturam. Varşavaya gələrək inkişafı seçdi. İndi milyonlarca alıcı qarşısında məhsul toplayır. İndi Azərbaycandakı coşqunu təsəvvür etmək çətin deyil...”



Rafal Tamkoviak adlı polşalı azarkeş isə paylaşımını Azərbaycan dilində edib:

“Mahir Emreli bir qəhrəmandır. “Legiya”nın ən yaxşısıdır. Azərbaycan dilində ilk tvitim...”/Qafqazinfo/

Xəbər 1583 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +