İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.02.2021  22:19 

“Kimdəsə günah axtarmaq bizə yaraşmaz” - Qurban Qurbanov





A+  A-

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri matçı şərh edib.
XəzərNews.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Bu oyunda sadəcə qol çatışmadı. Görmək istədiyim dinamikanı və komandanı gördüm. Matç qolsuz bitsə də, futbolçularımdan çox razı qaldım. Qarşıdakı oyunlarda bu tempi saxlasaq, daha yaxşı nəticə görəcəyik. Çempionat sona doğru daha maraqlı alınır. Bu gün bir xal da irəli getdik. Hər zaman yaxşı oyun və qələbə olmur".

- Qış fasiləsində yeni futbolçu cəlb etmədiyiniz üçün heyfslənirsiz?

- Xeyr. Bizim kimi hamı futbolçu axtarışındadır. Pandemiya ilə bağlı çox dəyişikliklər oldu. Heyfslənmirəm, sadəcə, əlimizdə olan futbolçuları qoruyub saxlamaq bizim üçün çox vacibdir.
İlk hissədə Abbasın epizodu “Barselona” – PSJ matçındakı penalti epizoduna bənzəyirdi…
Dəqiq görmədim. Abbas dedi ki, müdaxilə var idi. Bu oyunu idarə etmək hakim üçün də çətin idi. Çünki çox dinamik oyun gedirdi. Baş hakimdən daha çox yan xətt hakimi görə bilərdi. Təkrara baxandan sonra daha düzgün fikir bildirə bilərik. İndi oyun bitib və kimdəsə günah axtarmaq bizə yaraşmaz. İstəmirəm ki, bu cür epizodları futbolçular üçün bəhanəyə çevirək".

- Kevin Medinanın cəzası nə oldu?

4 oyun olmayacaq, qarşıdakı oyunlarda da qələbə olanda ona “premiya” olmayacaq. (gülür) Çalışıb düzgün heyət qurub, çıxış yolu tapmalıyıq. Elə təcrübəli futbolçular belə səhvlər etməməlidir. Futbol aqressiv oyundur. Həmin hərəkətə görə Medinadan narazı qaldım və cəzası da var. Bu, onun üçün bir təcrübə olacaq.

Xəbər 2402 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +