Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


13.02.2021  14:19 

İnvestisiya Holdinqinə verilən dövlət qurumlarının sayı 8-ə çatdı





A+  A-

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə daha 4 dövlət qurumu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilib. Bunlar “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” MMC-dir.
Qeyd edək ki, yanvarın 25-də Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na daxil edilmişdi. Bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərmana dəyişiklik edilməsi barədə fərman imzalamışdı.

XəzərNews.az-ın məlumatına görə, daha əvvəl də 4 dövlət qurumu AİH-nin idarəetməsinə verilib. İlkin mərhələdə, 6 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “AzerGold” QSC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC AİH-nin idarəetməsinə daxil edilib.

Bu məqamda xatırladaq ki, “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs Prezident İlham Əliyevin Fərmanı ilə ötən il avqustun 7-də yaradılıb və Holdinqin nizamnaməsi təsdiq edilib. Bu qurumun yaradılmasında məqsəd dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsidir.

AİH-nin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətidir. Holdinqin nizamnamə kapitalı 10 milyon manat təşkil edir.

Həmçinin, dövlət başçısının 12 avqustda imzaladığı Fərmanla Holdinqin Müşahidə Şurasının tərkibi təsdiqlənib. Müşahidə Şurasının sədri Baş nazir Əli Əsədov, Müşahidə Şurasının üzvləri isə Prezidentin köməkçiləri - Şahmar Hüseynov və Natiq Əmirov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifovdur.

Qurumun İdarə Heyətinin sədri Mətin Eynullayev, İdarə heyətinin üzvləri Azər Mursaqulov, Ruslan Əlixanov və Rövşən Nəcəfdir.

AİH-nin Baş Iicraçı direktoru Ruslan Əlixanovdur.

Xəbər 2582 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +