İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.11.2020  11:07 

Azərbaycanda qadınların sayı azalıb





A+  A-

Azərbaycanda 1999-cu ildən sonrakı dövr ərzində ölkə əhalisi arasında cins nisbəti əhəmiyyətli dərəcədə dəyişib. Son 20 ildə hər 1000 kişiyə nisbətdə qadınların sayı hiss edilən səviyyədə azalıb.
XəzərNews.az-ın məlumatına görə, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyә 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində 1003-ə, 2020-ci ilin əvvəlində isə 1002-yə enib.

Ümumilikdə ölkədə kişilərə nisbətən qadınların sayının azalmasına baxmayaraq, yaş qrupları üzrə müəyyən fərq müşahidə edilir.

Ölkədə yaşı 29-dək olan kişilərə düşən qadınların sayı yaş kateqoriyaları üzrə getdikcə artsa da, ümumilikdə bu say 1000-i ötmür. Başqa sözlə desək, ölkədə yaşı 29-dək olan hər bir kişiyə bir qadın düşmür. Bu ilin əvvəlində olan məlumata əsasən, 0-4 yaşda hər 1000 kişiyə 880, 5-9 yaş arasında olan hər 1000 kişiyə 864, 10-14 yaşlı hər 1000 kişiyə 868, 15-19 yaşlılara 876, 20-24 yaşlılara 907 , 25-29 yaşlılara 957 qadın düşür.

Lakin 30 yaşdan sonra bu məsələ ilə bağlı vəziyyət dəyişib və hər 1000 kişiyə düşən qadınların sayı 1000-dən çox olub. 2020-ci ildə hər 1000 nəfər kişiyə 1022 qadın düşür.

Ölkədə hər 1000 kişiyə düşən qadınların sayının çoxluğu daha çox 70 və yuxarı yaşlı kişilər arasında qeydə alınır. Bu yaşda olan hər 1000 kişiyə 1448 qadın düşür ki, bu da bütün yaş qrupları üzrə ən yüksək göstəricidir.

Xəbər 1931 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +