İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.07.2019  10:45 

Ayağını şüşədən çıxaran sürücü həbs edildi





A+  A-

İdarə etdiyi avtomobildə avtoxuliqanlıq hərəkətlərinə yol verən Mingəçevir sakini saxlanılıb.
XəzərNews.az APA-ya istinadən xəbər verir ki, idarəetməyə zidd davranışları ilə bağlı videogörüntüsünü sosial şəbəkələrdə yayımlayan sürücünün Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Məmmədov Anar Vidadi oğlu olduğu müəyyənləşdirilib.

O, "Mecedes Vito" markalı mikroavtobusla Gürcüstandan qayıdarkən yolda avtoxuliqanlıq edib və bu hərəkətlərini kameranın lentinə köçürüb. Daha sonra bu videonu sosial şəbəkədə yayımlayıb və izləyicilər haqlı olaraq bu cür sürücülərin yollarda potensial təhlükə mənbəyi olduğunu bildirərək onun hərəkətlərini qınayıb. Hadisəyə rəsmi müdaxilə də gecikməyib. Polis əməkdaşları qayda pozucusunu müəyyən edərək saxlayıb.

İnzibati qaydada cəzalandırılan sürücü 20 sutka müddətinə həbs edilib.

Xəbər 822 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +