İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


14.06.2019  15:27 

Rəsulzadənin şəkli olan avro saxta deyil





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin və Nuru paşanın şəkilləri olan avro xatirə pul nişanı dövriyyəyə buraxılıb.
XəzərNews.az-ın məlumatına görə, daha sonra xəbər təkzib olunaraq əsginazın fotoşop olduğu bildirilib.

Buna səbəb isə, məlumatı sosial şəbəkədə ilk paylaşan şəxslərin pulun Avropa Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxıldığını iddia etməsi olub. Belə ki, iddia ilə bağlı banka sorğu göndərilib və cavabda qurum belə bir nişanı dövriyyəyə buraxmadıqlarını bildirib.

Məsələ burasındadır ki, bu banknot “Euro Souvenir Bank” layihəsi çərçivəsində istehsal olunan əsginaz nümunələrindən biridir və Avropa Mərkəzi Bankının turizm məqsədilə pul kəsiminə lisenziya verdiyi müəssisələrdə çap olunur.

Əsginaz hələlik satışı nəzərdə tutulmasa da, üç aydan sonra satışa çıxarılacaq. ⁣

Layihənin müəllifi türkiyəli kolleksioner Özgür Honçadır və o, bu işi Türkiyə-Azərbaycan dostluğuna, qardaşlığına ərməğan etdiyini söyləyib.

Sıfır göstərişli pul nişanı dövriyyədə istifadə olunan avro ilə eyni keyfiyyətdə, eyni özəllikdədir və eyni əsginazdan istifadə olunub.

Xəbər 1115 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +