İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.04.2019  15:11 

Ədliyyə Nazirliyi xaricə getməyi asanlaşdırdı





A+  A-

Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə 15 noyabr 2018-ci ildə "Notariat haqqında" Qanuna edilmiş mühüm dəyişikliklərə əsasən məsafədən xidmətlərin göstərilməsini mümkün edən, dünyada təkrarı olmayan, Azərbaycanda istehsal edilmiş elektron ədliyyə köşkü yaradılıb.
Bu barədə Ədliyyə Nazirliyi Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumatda bildirilib.

Rəsmi məlumata görə, həmin köşklərin təxirə salınmadan ədliyyə xidmətlərinə ehtiyac yarandığı yerlərdə quraşdırılması nəzərdə tutulur ki, bu da notariuslarla video-əlaqə vasitəsi ilə notariat hərəkətlərinin rəsmiləşdirilməsinə və sənədlərin bilavasitə yerində əldə edilməsinə şərait yaradacaq.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportda vətəndaşların istifadəsinə verilmiş elektron ədliyyə köşkü xaricə getmək arzusunda olan, yetkinlik yaşına çatmamış şəxslərin dövlət sərhədindən keçməsi üçün zəruri olan valideynlərin razılıq ərizələrinin rəsmiləşdirilməsinə imkan verir. Qanunvericiliyin tələblərindən irəli gələrək ölkədən getməyə hazırlaşan uşağın sərhəddən keçməsi üçün digər valideynin notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi zəruridir. Bu ərizələri əvvəlcədən verməyi unutmuş valideynlər həmin razılıqlarını vaxt itirmədən və heç bir yerə getmədən hava limanında quraşdırılmış ədliyyə köşkü vasitəsi ilə əldə edə bilərlər.

Bunun üçün şəxsiyyət vəsiqəsini, habelə uşağın və onunla gedəcək valideynin pasportunu təqdim etmək kifayətdir. Göstərilən xidmət videolentə yazılmaqla yaddaşda saxlanılır.

Elektron ədliyyə köşkü həftənin bütün günləri 24 saat fəaliyyət göstərir.

Gələcəkdə həmin innovativ qurğu vasitəsi ilə digər xidmətlər də göstəriləcək.

Xəbər 901 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +