İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.02.2019  11:29 

Metroda işdən çıxarılanlardan xəbər var - AÇIQLAMA





A+  A-

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) tikinti işlərinin həcminin azalması ilə əlaqədar ixtisara düşmüş və Prezident Administrasiyasına müraciət etmiş işçilərin problemləri həllini tapır.
XəzərNews.az-ın məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov BakuPost-a açıqlamasında deyib ki, həmin şəxslər "Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin müxtəlif sahələrində çalışmış işçilər olub.

B. Məmmədov qeyd edib ki, onların bir qisminin əmək müqaviləsi başa çatıb, bəziləri ixtisara düşüb, ixtisara düşənlər arasında hətta kompensasiya alanlar da olub: "Dünən "Bakı Metropoliteni" QSC-nin – onlar qəbul edildi, müraciətlərinə baxıldı. Həmin görüşdə "Bakı Metropoliteni" QSC-nin İdarə Aparatında İnsan resursları və xidmət departamenti, İnsan resursları şöbəsi, Maliyyə departamenti, Hüquq şöbəsi və Tikinti departamentinin rəisləri, Tikinti departamentinin aid olduğu strukturun rəhbəri, o cümlədən "Bakı Metropoliteni" QSC-nin Həmkarlar İttifaqının rəhbərliyi iştirak edirdi. Onların hər birinin ayrı-ayrılıqda problemləri, təklifləri, qaldırdıqları məsələlər müzakirə edildi.

Həmin şəxslərə peşə bacarıqları, bilikləri, ixtisaslarına uyğun olaraq "Bakı Metropoliteni" QSC-nin istismar sahələrində müxtəlif struktur vahidlərində vakant iş yerləri təklif olundu. 16 nəfərdən 12-i dərhal ərizə ilə müraciət etdi. 1 nəfər artıq bu gün Kadr komissiyasına dəvət olunub. Çünki o, peşəsini dəyişir, mütləq qaydada müsabiqə üçün Kadr komissiyasının qarşısına çıxmalıdır. 1 nəfər isə əvvəlcədən ərizə ilə müraciət etmişdi, sadədə, əlaqə vasitəsi yox idi. Nə mobil, şəhər telefonu, nə emaili yox idi, ona görə onunla əlaqə saxlamaq mümkün olmamışdı. Həmin şəxs qəbula yazıldı, vakant yerlər barədə fikirləşməsi təklif edildi. 16 nəfərdən qalan 2 nəfərdən biri pensiyaçı idi, digər isə vakant yerlərlə bağlı fikirləşmək üçün vaxt istədi. Beləliklə, bu məsələ ilə bağlı ortaq fikrə gəlindı”.

B. Məmmədov onu də bildirib ki, əvvəllər də "Bakı Metropoliteni" QSC-nin maliyyə imkanları nəzərə alınaraq, həmin şəxslərə işlər təklif olunub: "Dünənki görüşdə isə yaranmış vəziyyətdən çıxış yolu müzakirə edildi, onlar da təklifləri qəbul etdilər”.

Xəbər 1102 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +