İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.10.2018  12:19 

Nazir Beyləqanda vətəndaşlarla görüşəcək





A+  A-

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin 26 oktyabr 2018-ci il tarixinə Beyləqan şəhərində Beyləqan, İmişli, Ağcabədi, Füzuli, Zərdab, Xocavənd və Laçın rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü 23 oktyabr 2018-ci il tarixində saat 12:00-da keçiriləcək.
XəzərNews.az xəbər verir ki, nazir qeyd olunan rayonlar üzrə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:

Beyləqan rayonunda 02122 53000

İmişli rayonunda 02124 64366

Ağcabədi rayonunda 02127 53232

Füzuli rayonunda 02631 55160

Zərdab rayonunda 02029 64299

Xocavənd rayonu üzrə 02122 35448

Laçın rayonu üzrə 02127 78202

Xəbər 978 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +