İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.08.2018  13:28 

Oğurluq edən 13 nəfər saxlanılıb





A+  A-

Ötən gün daxili işlər orqanlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 21-də Şirvan dəmir yolu stansiyasının ərazisindən 25 ton relsi oğurlayıb apararkən İmişli rayon sakini Elvin Abbasov və Neftçala rayon sakini Bəhruz Zeynalov saxlanılıb.

Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də Bakı şəhər sakini L.Ələkbərovaya məxsus içərisində 100 manat və mobil telefon olan çantanı oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini Gövhər Quliyeva saxlanılıb.

Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 11-də rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri İsmayıl Səlimov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisindəki evlərin birindən 1300 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kamran Ağayev saxlanılıb.

Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuş Ruslan Qasımov və Həriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin may-avqust ayları ərzində Göyçay rayon sakini olan daha 3 nəfərin bankdakı hesablarından ümumilikdə 2479 manat pul çıxarmaları müəyyən edilib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisindəki apteklərin birindən 100 ampula “Tramadol” həbləri oğurlamaqda şübhəli bilinən şəhər sakini Elxan Kazımov saxlanılıb.

Xəbər 1330 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +