İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.07.2018  15:37 

Keçmiş MTN zabiti Elmar Vəliyevin güllələnmə səbəbini açıqladı





A+  A-

Məlum olduğu kimi ötən gün Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə qarşı silahlı hücum edilib.
XəzərNews.az xəbər verir ki, son məlumatlara görə, onların hər ikisi yaraılıdr və xəstəxanada müalicə alırlar. Baş vermiş hadisə ölkədə geniş səs-küyə səbəb olub.

E.Vəliyevin gülləyə tuş gəlməsi ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Məsələ ilə bağlı danışan keçmiş MTN zabiti, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl maraqlı açıqlamalar verib.



Ekspert bildirib ki, hadisənin arxasında xüsusi nəsə axtarmağa ehtiyac yoxdur, Elmar Vəliyevin davranışları bu hadisəyə yol açıb:

“Çıxıb küçədə sorğu keçirsəniz və sual versəniz ki, “Azərbaycanda sui-qəsd edilə biləcək 5 icra başçısı kimdir?” sizə birinci Elmar Vəliyevin adını çəkərlər. Elmar Vəliyev söyüşlə danışan, camaatı təhqir edən biridir. Ona qarşı münasibət buna görə yaxşı deyil. Belə hərəkətlərin biri gün cavabı olur. Biri sözlə, biri silahla cavab verir. Elmar Vəliyevə də cavab silahla oldu. Onu etdiyi təhqirlərə görə güllələyiblər. Elmar Vəliyevi etdiyi hərəkətlərə görə ölümlə çox təhdid ediblər. Bu şəxs də onu daha öncə təhdid edib və bu da nəticəsidir ”.

Xəbər 4072 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +