İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.06.2018  15:43 

Azərbaycanda daha bir BİABIRÇILIQ - Ata 14 yaşlı qızını hamilə qoydu





A+  A-

Tərtər rayonunda tükürpədici hadisə baş verib.
XəzərNews.az bildirir ki, BakuPost-un xəbərinə görə, rayonun Evoğlu kəndinin sakini Şirinov Elnur Feyruz oğlu 14 yaşlı qızını zorlayıb, nəticədə azyaşlı qız hamilə qalıb.

14 yaşlı qızın hamiləliyi dərmanla sonlandırılıb və ana bətnində tələf edilən uşaq elə həyətdəcə basdırılıb.

Bu barədə saytımıza məlumat verən mənbə iddia edir ki, adıçəkilən şəxs 14 yaşlı qızını artıq bir neçə ildir, zorlayırmış. Bütün bunlardan xəbərdar olan evin xanımı isə övladlarını tənbeh edərək bu barədə heç kimə deməyə qoymurmuş.

Bildirilir ki, E.Şirinovun 6 azyaşlı qızı var. Onların ən böyüyü – zorlanan 14 yaşlı qızdır. Mənbəmiz iddia edir ki, hadisəni törədən şəxsin arvadı 6-cı – oğlan uşağına bu yaxınlarda hamilə qalsa da, E.Şirinov arvadını döyüb, həmin uşağın da ana bətnində ölümünə səbəb olub.

Hüquq-mühafizə orqanlarından faktı təsdiqləyiblər. Bildirilib ki, artıq adıçəkilən cinayəti törədən şəxs həbs zorlama və sağlamlığa qəsdən ağır xəsarət yetirmə maddələri ilə həbs edilib və Gəncədə yerləşən İstintaq Təcridxanasına göndərilib.

Qeyd edək ki, daha bir tükürpədən hadisə Lerikdə baş verib. Belə ki, Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilovun sözlərinə görə, "Azərişıq"ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Lerikdə məktəbli bir qızı zorlayıb və bunu telefonuna çəkib.

R. Cəlilov qızın 4 aylıq hamilə olduğunu qeyd edib.

Xəbər 1261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +