İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.02.2018  09:05 

Tələbə kreditləri haqda yeni təklif





A+  A-

Azərbaycanda sahibkarların tələbələrə təhsil kreditlərin verilməsini təmin edən "Maarifçi" Tələbə Kredit Fonduna sərmayə qoyması, sahibkarların bu işə qoşulması təklif edilir.
XəzərNews.az xəbər verir ki, bu təklifi Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Trend-ə açıqlaması zamanı irəli sürüb. O bildirib ki, Təhsil Nazirliyi "Maarifçi" Tələbə Kredit Fondunu yaratmaqla aztəminatlı tələbələrin təhsil haqları borcunu ödəyə bilməsinə yardım istiqamətində ilk addımlarını atıb:

"Müşahidələrimizə görə, "Maarifçi" Kredit Fondunun yükünü bir çox ali məktəblər öz üzərlərinə götürüblər. Təəssüf ki, bu fonda sahibkarlar sərmayə qoymurlar. Amma bu işə sahibkarların qoşulmasına ehtiyac var. Bu, əslində iş adamları üçün də bir çox tərəfdən sərfəlidir. Bununla sahibkarlar həm ölkənin gələcəyi olan yeni savadlı nəslin hazırlanmasına kömək edəcəklər, həm də bir neçə ildən sonra tələbələr kreditləri qaytardıqları zaman onun faizləri hesabına gəlir əldə edəcəklər. Bəlkə də sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına, maarifləndirmə işinin aparılmasına ehtiyac var".

İ.Həbibbəyli bildirib ki, "Maarifçi" Tələbə Kredit Fondunun maliyyə imkanları az olduğu üçün təhsil kreditləri hələlik yalnız bakalavriat səviyyəsi üçün nəzərdə tutulur:

"Amma fondun maliyyə imkanları genişlənsə, magistratura, doktorantura üçün də təhsil kreditlərinin verilməsi faydalı ola bilər".
"Maarifçi" Tələbə Kredit Fondundan bildirilib ki, təhsil kreditləri üzrə sahibkarlar tərəfindən fonda indiyə qədər maliyyə qoyulmayıb:
"Fondla bu çərçivədə əməkdaşlıq etmək kifayət qədər sadədir. Bu barədə məlumat Fondun veb saytının müvafiq bölməsində yerləşdirilib".

Xatırladaq ki, "Maarifçi" Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almağa yardım edir. Fondun təsisçiləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetidir.

Xəbər 1069 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +