İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.12.2017  19:24 

MİDA təhsil işçilərinə də güzəştli mənzil satacaq - YENİLİK





A+  A-

“Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil təminatı üçün iki əhali qrupu hədəf olaraq müəyyən edilir: seçilmiş kateqoriyalara aid edilən şəxslər və Dövlət Sifarişi əsasında müəyyənləşdirilən şəxslər.
Yol Xəritəsinə əsasən, dövlət sifarişi – müvafiq dövlət orqanının, təşkilatının və ya müəssisəsinin MİDA tərəfindən inşa ediləcək binalarda uyğun qiymətə mənzillərin ayrılması ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada edilən sifarişidir.

MİDA-dan XəzərNews.az-a verilən məlumata görə, dövlət sifarişi əsasında mənzil tikintisi üzrə ilk layihə ölkə başçısının 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq olumuş müvafiq Qayda ilə müəyyənləşdirilən “ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən gənc ailə üzvü” kateqoriyasına aid olmayan, təhsil sahəsində çalışan digər işçiləri əhatə edəcək.

Təhsil Nazirliyinin müraciəti əsasında reallaşdırılacaq ilk dövlət sifarişi layihəsi çərçivəsində Yasamal Yaşayış Kompleksinin ərazisində 1 binanın tikintisi nəzərdə tutulur. Həmin yaşayış evinin mənzillərinin bir hissəsi Təhsil Nazirliyi tərəfindən təhsil işçilərinə təqdim olunacaq, qalan hissəsi isə “MİDA” MMC-nin sərəncamına verilərək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılacaq.

Xəbər 1307 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +