Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir -Prezident
“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada


13.10.2017  09:57 

Soçi görüşü Azərbaycana nə verəcək?





A+  A-

“Təhlillər göstərir ki, Soçidə MDB-nin dövlət başçılarının sammitində əsas diqqət iqtisadi problemlərin həllinə yönəlib”.
XəzərNews.az xəbər verir ki, bunu təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev Milli.Az-a açıqlamasında oktyabrın 11-də Rusiyanın Soçi şəhərində keçirilmiş və Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi MDB Dövlət Başçıları Şurasının və Ali Avrasiya İqtisadi Şurasının iclaslarının nəticələrini şərh edərkən bildirib. Onun sözlərinə görə, iclas çərçivəsində Azərbaycanı maraqlandıran bir sıra məsələlər müzakirə edilib: "Azərbaycanı maraqlandıran əsas məsələlər qeyri-neft sektorunun inkişafı, Şimal-Cənub və Qərb-Şərq nəqliyyat dəhlizlərinin bərpası, onların işlək olması və MDB ölkələrinin burada fəal rol oynaması, MDB ölkələrinin Bakı-Tiflis-Qars dəmir yolundan əldə edə biləcəyi dividentlər və s. idi.

Fikrimcə, regionda baş verənlər, xüsusən də terror hadisələri, təhlükəsizlik və dini məsələlər də əsas müzakirə mövzuları olub. Azərbaycanın MDB-nin bir sıra digər üzvlərindən, konkret KTMT-dəki dövlətlərdən fərqli olaraq hərbi bloklarda təmsil olunmamasına baxmayaraq, hərbi əməkdaşlıq məsələləri də müzakirə edilib. Bunların arasında Azərbaycanın Belarus və Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlığı öncüllük təşkil edir".

A.Nağıyev hesab edir ki, dövlət başçılarının əsas müzakirə mövzularından biri təhlükəsizlik məsələləri ilə bağlı olub: "Təbii ki, burada iqtisadi əməkdaşlıq, birgə enerji layihələrində iştirak, Xəzər dənizinin statusu ilə bağlı problemin həlli, Azərbaycanın Orta Asiya dövlətləri ilə münasibəti, həmçinin regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atıla biləcək addımlar müzakirə olunub. Qarabağ məsələsi bütün bu proseslərə təsir edən amildir. Məlumdur ki, hər hansı iri regional layihənin gerçəkləşməsi regional təhlükəsizlik məsələlərinin həllindən keçir.

Düşünürəm ki, açıq şəkildə səslənməsə də, görüşün əsas istiqamətlərindən biri həm də Rusiyanın cənubunda baş verən proseslər, müxtəlif radikal dini cərəyanların nümayəndələrinin təhdidləri, Azərbaycan-Rusiya sərhədində təhlükəsizliyin təmin edilməsi məsələləri olub".

Ekspert görüşün bəzi siyasi tərəflərinə də toxunub: "Burada gələcəkdə MDB-nin çəksinin, nüfuzunun artırılması üçün Rusiyanın atdığı addımlar mühüm yer tutur. Bundan başqa, gələn il Rusiyada növbəti preizident seçkiləri keçiriləcək. Orada isə MDB ölkələrindən olan çoxsaylı diaspora nümayəndələri məskunlaşıb. Bu da Rusiyadakı siyasi ab-havaya təsir edən amillərdən biri ola bilər".

Qeyd edək ki, Şuranın iclasının sonunda MDB-nin fəaliyyəti ilə bağlı ümumilikdə, 18 sənəd imzalanıb.

Xəbər 7498 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.05.2024  12:35 

Sabahın havası açıqlandı

23.05.2024  11:31 

İrakli Şotadze istefa verib

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO


BÜTÜN XƏBƏRLƏR +